Güllü Çoxeli (, ; ) — SSRİ və Gürcüstan estrada müğənnisi. Gürcüstan SSR əməkdar artisti (1967).Поёт Гюлли Чохели
Həyatı Güllü Çoxeli 12 fevral 1935-ci ildə Tbilisidə anadan olmuşdur. Onun anası Gürcüstanın xalq artisti Yelena Çoxeli olmuşdur. O, məktəb illərində oxumağa başlamış, Tbilisi Dövlət Konservatoriyasının musiqi məktəbində təhsil almışdır. Çoxeli 1953-cü ildən filarmoniyanın vokal triosunda peşəkar səhnədə çıxış etmişdir.
1950-ci illərin sonlarında Oleq Lundstrem, Konstantin Orbelyan, Yuri Saulskinin orkestrlərində çalışmışdır. Onun repertuarının əsasını o zaman dünya xalqlarının mahnıları təşkil edirdi. 1961-ci ildən solo konsertlər və Eddi Rosner tərəfindən idarə olunan böyük qrup ilə çıxış etmişdir. Sovet cazının aparıcı ifaçılarından biri kimi tanınır.
1967-ci ildə Sopot Beynəlxalq Mahnı Festivalında birinci yeri tutmuşdur.Гюлли пела последней
İstinadlar
Xarici keçidlər გიული ჩოხელი — ქართველი ჯაზდივა Певцы советской эстрады Gyulli Chokheli at last.fm
Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Gürcüstan müğənniləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:Gürcüstan SSR əməkdar artistləri Kateqoriya:Tbilisinin fəxri vətəndaşları