Müqəddəs Yelisey adına Tsilin kilsəsi () — Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən kilsə. Erməni mənbələrində adı Müqəddəs Tanrının Anası Kilsəsi () kimi xatırlanır. Kəndin aşağı () məhləsində yerləşən kilsəni kəndin yuxarı () məhləsindəki Bulun kilsəsindən fərqləndirmək üçün yerlilər ona sadəcə Tsilin kilsəsi də deyirlər.

Tarixi Müasir kilsənin əsası 1866-cı ildə qoyulub, tikinti 1869-cu ildə bitib. Kilsə həmin il keşiş Aristakes tərəfindən təqdis edilib və istifadəyə açılıb. Tikintiyə maliyyə yardımı edənlər arasında Qalust Yüzbaşı və Xaçatur Yeğiazaryan adlı udi donorların adları çəkilir.

Arxitekturası İki mərtəbəli sakristiya və yarımdairəvi tağları olan Silin kilsəsinin uzunluğu 20.52, eni isə 11.56 metrdir. O, Müqəddəs Yelisey kilsəsinin arxitektural kompozisiya xüsusiyyətlərini bölüşür. Birincinin tağlı örtüyü iki cüt xaçşəkilli sütunla dəstəklənir. Müqəddəs Yelisey kilsəsi ilə müqayisədə onun şimal fasadına açılan daha bir pəncərəsi var. Cənub fasadında günəş saatı olan kilsə incə işlənmiş daş və məhluldan hərtərəfli tikilmişdir. Altı sütuna söykənən altıbucaqlı kiçik sütunlar ilə bitən zəng qülləsi qərb frontonunun üstündə ucalır. 5 altar pilləsi var.

Kilsədə xidmət etmiş keşişlər Avaq Ter-Hovhannisyan (1868) Harutyun Matevos oğlu Xamoyants (1873) — Moskva Universiteti məzunu, daha öncə 7 il hüquqşünas kimi çalışıb Petros Martirosyan Ayrapetyan (1879) — dördüncü dərəcəli diakon rütbəsi almışdı Sargis Xamoyants (1875–1898) — Tiflis Nersisyan məktəbində və Moskvada Lazarev Şərq dilləri İnstitutunda təhsil almışdı.

Məktəb Kilsənin həyətində Nic 5 saylı tam orta məktəbi yerləşir. Məktəb 1875-ci ildə açılıb. Məktəbin ilk müəllimi keşiş Sargis Xamoyants olub.

Yazılar Kilsənin şərq girişində müxtəlif yazılar mövcuddur: ŞəkilOrijinalTərcüməsiframeless|396x396pxՌՍՏԱԿԵՍԵԱՆՑ ՅԻՇԱՏԱԿ ԿԵ ՆԴԱՆԵԱՑ ԵԻ ՆՆՋԵՑԵԼՈՑ

ԻՒՐԵԱՆՑ ՀԻՄՆԵՑԱՒ Ի ԹՎԻՆ

ՀԱՅՈՑ ՌՅԺԵ, ԱԻԱՐՏԵՑԱՒ ՌՅԺԸRştakesyanlar ailəsindən uyuyanların və yaşayanların xatirəsinə, bu kilsənin 1315-ci ildə (1866) əsası qoyulmuş və 1318-ci ildə (1869) bitirilmişdir.frameless|396x396pxԵՂԻԱԶԱՐԵԱՆ ԽԱՉԱՏՈՒՐ

ԻՇԽԱՆՆ ՈՒՏԻ

ՑԵՐԿԱՆՑ ԻՒՐ

Ի ՇԻՆՈՒԹԻ(Ւ)Ն

ՏԱՃԱՐԻՍ

ԵՏ ՀԻՆԳ ՀԱՐԻՒՐ

ՌՈՒԲԼԻՍUdi işxanı Yeğiazaryan Xaçatur məbədin tikintisinə 500 rubl ianə etdi.frameless|395x395pxԿԱՌՈՒՑԱՒ ՍԲ ԵԿԵՂԵՑԻՍ ԱԾ ԱՐԴԵԱՄԲՔ ՆԻԺԵՑԻ ԳԱ

ԼՈՒՍՏ, ԽԱՉԱՏՈՒՐ, ՅԱՐՈՒԹԻ

ՒՆ ԵՒ ՀԱՄԲԱՐՁՈՒՄ, ՉՈՐ

ԻՑ ՀԱՐԱԶԱՏ ԵՂԲԱՐՑ, ՌՊՀMüqəddəs Tanrının Anası kilsəsi Nicli qardaşlar Qalust, Xaçatur, Harutyun və Ambartsum adlı 4 qardaş tərəfindən 1870-ci ildə tikilib.

Freskalar Plasterdən aşağı hissədə "Allah Ata", dörd həvari və s. təmsil edən bir sıra freskalar salamat qalmışdır.

İstinadlar

Kateqoriya:Qəbələ rayonunun abidələri Kateqoriya:Qəbələnin görməli yerləri Kateqoriya:1866-cı ildə yarananlar