Əmirsüleymani Hacı Mehdiqulu xan İsa xan oğlu () — Nasirəddin şahın yaxını, vali, Qacar elinin elxanı.

Həyatı İsa xan Qovanlı-Qacarın dördüncü oğlu Mehdiqulu xan 1850-ci ildə Tehran şəhərində dünyaya göz açmışdı. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Məcdəddövlə ləqəbini daşıyırdı.

Mehdiqulu xan Nasirəddin şahın məiyyətində üç dəfə Avropada olmuşdu. Şahın yaxınlarından sayılırdı. Xas xidmətçilərdən idi. Biyutat rəisi vəzifəsində çalışmışdı. Bir müddət əmiraxur olmuşdu. 1897-ci ildə Xəmsə, 1901-ci ildə Kirmanşah əyalətlərinə vali təyin olunmuşdu. 1903-cü ildə Qacar elinin elxan göndərilmişdi.

Mehdiqulu xan 1903-cü ilin noyabr ayında müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. 1904-cü ilin aprel ayında ziyarətdən dönmüşdü.

Hacı Mehdiqulu xan Tehran şimalındakı yaylaqların hakimi olmuşdu. Orda çoxlu mülkü vardı.

Hacı Mehdiqulu xan Əmirsüleymani 1937-ci ildə Tehran şəhərində vəfat edib.

Ailəsi Hacı Mehdiqulu xan Zəhirüddövlənin bacısıyla, Tuman ağa Fəxrüddövlə xanım Nasirəddin şah qızı Qovanlı-Qacarla, Məsumə Sürurəddövlə xanım Kamran mirzə qızı Qovanlı-Qacarla, Turan ağa Furuğüssəltənə Nasirəddin şah qızı Qovanlı-Qacarla, Əzizüssəltənə xanım Məhəmmədtağı mirzə Rüknüddövlə qızı Qovanlı-Qacarla ailə qurmuşdu. Şəmsəddin xan, Əliqulu xan, Məhəmmədəli xan, Əbdülhüseyn xan, Allahqulu xan, Qulamhüseyn xan, Mustafaqulu xan, Mürtəzaqulu xan adlı oğulları, İftixarəddövlə xanım, Sürurəhdas xanım, Behcətülmülk xanım, Nezhətəddövlə xanım, Qüdrətəddövlə xanım, Afaqəddövlə xanım, Munirəzəm xanım və İzzətəddövlə xanım adlı qızları vardı.

Mənbə

Ənvər Çingizoğlu, Mirzə Mehdiqulu xan Əmirsüleymani, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, № 3, s.33–34.

Həmçinin bax Qacarlar Nasirəddin şah Əmirsüleymanilər

Kateqoriya:Əmirsüleymanilər Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:İran Qacarları