və ya – Heyan dövründə yaşamış Yaponiya generalı. Minamoto klanının üzvü olsa da, Qenpey müharibəsi zamanı Minamoto no Yoritomonun rəqibi olmuşdur.

Həyatı Yoşinakanın atası Minamoto no Yoşihira tərəfindən öldürüldüyü üçün o, südanasının əri olan Nakahara Kaneto tərəfindən Şinano əyalətinin Kiso bölgəsində böyüdülmüşdür. 1180-ci ildə Minamoto no Yoritomo və digər klan üzvləri ilə birlikdə Tayra ailəsinə qarşı Qenpey müharibəsini başlatmışdır.

Yoşinaka 1183-cü ildə paytaxtı ələ keçirmiş və müharibəni üçtərəfli konfliktə çevirmişdir. Belə ki, Tayra klanı qərbdə, Yoritomo isə şərqdə olarkən Kiotonu öz əlində saxlamaq istəmişdir. Ordusunun itaətsizliyi, eləcə də, saraya, xüsusilə də, keçmiş imperator Qo-Şirakavaya qarşı hərəkətlərinə görə Yoritomo qardaşları Minamoto no Yoşitsune və Noriyorini Kiotoya göndərməyə məcbur olmuşdur. Baş verən döyüş nəticəsində Yoşinakanın qüvvələri məğlub olmuşdur. Yoşinaka məşuqəsi Tomoe Qozenlə qaça bilsə də, Omi əyalətinin yaxınlığında öldürülmüşdür.

Populyar mədəniyyətdə Yoşinakanın, eləcə də, məşuqəsi Tomoe Qozenin hərbi macəraları Yaponiyada bir çox hekayə kitabının və no tamaşasının mövzusu olmuşdur.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Qenpey müharibəsi iştirakçıları Kateqoriya:Minamoto klanı Kateqoriya:Şoqunlar