Cavad Ağayev () — Azərbaycanı təmsil edən taekvondoçu.

Həyatı Cavad Ağayev 2002-ci il yanvarın 15-də Xırdalan şəhərində anadan olub. 2017-ci ildən idmanla məşğul olur. Məşqçisi Samir Aydınlıdır.

Karyerası Cavad Ağayev 2018-ci ilin aprelində Tunisdə baş tutan gənclər arasında Dünya Çempionatının qalibi oldu.

Cavad Ağayev 2018-ci ildə Buenos-Ayres şəhərində (Argentina) baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə apardı. Cavad Ağayev 1/8 final mərhələsində Cənubi Sudan nümayəndəsi Stefen Kol Atemdən mübarizəsiz üstün oldu və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə İran nümayəndəsi Həmid Əsgəri Mahiabadiyə 9:8 hesabı ilə qalib gələn Cavad Ağayev, yarım-final mərhələsində Cənubi Koreya nümayəndəsi Ço Von-Hi ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavad Ağayev rəqibinə 14:15 hesabı ilə məğlub oldu və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.

İstinadlar

Kateqoriya:Xırdalanda doğulanlar Kateqoriya:Azərbaycanın kişi taekvondoçuları Kateqoriya:2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında taekvondoçular Kateqoriya:2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Yeniyetmələrin Olimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Taekvondo üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Taekvondo üzrə Dünya Çempionatının medalçıları