Rauf Əbdüləli oğlu İsmayılov () — azərbaycanlı siyasi və ictimai xadim, professor (1986), əməkdar elm xadimi (1992), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), istiqlalçı millət vəkili, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri (1992).
Həyatı Rauf İsmayılov 22 dekabr 1939-cu ildə Qərbi Azərbaycanın Aştarak rayonunun Parpı kəndində anadan olub. Mirbəşir (Tərtər) rayonu Azadqaraqoyunlu kənd orta məktəbində təhsil alıb. 1958–1963-cü illərdə M. F. Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Fransız dili fakültəsində təhsil alıb. 1968-ci ildə Azərbaycan SSR EA-nın Ədəbiyyat və Dilçilik İnstitutunda "Azərbaycan satirik şerinin inkişaf yolları" mövzusunda namizədlik, 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutuunda "Azərbaycan-Fransa ədəbi əlaqələri (Azərbaycan ədəbiyyatının tarixi inkişafı kontekstində)" mövsusunda doktorluq dissertasiyası müdafiə edib.
Fəaliyyəti
Əmək fəaliyyəti Professor R. Ə. İsmayılov 1975–2011-ci illərdə Azərbaycan Texniki Universitetinin "Xarici dillər" kafedrasının müdiri olub. O, Fransa, Rusiya, Azərbaycan və digər ölkələrdə çap olunmuş müxtəlif əsərlərin müəllifidir. Bir sıra fundamental dərslikləri, o cümlədən kitabları Moskva şəhərində "Высшая школа" nəşriyyatı tərəfindən çap edilib, keçmiş SSRİ və MDB ölkələrinin ali texniki məktəblərinin tələbələri üçün dərs vəsaiti kimi tövsiyə olunub. Onun elmi rəhbərliyi altında 10-dək namizədlik və doktorluq dissertasiyası yerinə yetirilib. Strasburq, Moskva, Bakı və digər şəhərlərdə keçirilmiş beynəlxalq konfransların iştirakçısı olub. Professor R. Ə. İsmayılov XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı (1990–1995) seçilib. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib. 1992-ci ildə müstəqil Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri, 1992–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin Elm, təhsil, din və mədəniyyət məsələləri daimi komissiyasının sədri vəzifələrində çalışıb. 1992-ci ildə ali məktəblərə qəbulda test üsulunun tətbiqini öyrənmək üçün Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən xalq şairi Sabir Rüstəmxanlı ilə birlikdə Türkiyəyə ezam olunub.
Kitabları "Фанцузский язык". Moskva, "Высшая школа", 1986 "Автоматика и робототехника в машиностроении". Moskva, "Высшая школа", 1988 "Автоматика и вычислительная техника". Moskva, "Высшая школа", 1990 "Французский язык". Moskva, "Высшая школа", 1998
Ölümü Professor R. Ə. İsmayılov 2 oktyabr 2019-cu ildə Bakı şəhərində vəfat edib.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan filoloqları