və ya əsl adı ilə – Yaponiya sosialisti və anarxisti. O, 1905-ci ildə ilk dəfə olaraq Yaponiyanı anarxist ideyalarla tanış etmiş və yaşadığı dövrün anarxist lideri olmuşdur. İkinci dünya müharibəsindən sonra Yaponiyada solçular tərəfindən fədəkarlıq və mütləqiyyətçi hökumətə qarşı müxalifət simvolu hesab edilmişdir.

İlk illəri Kotoku Şusui 4 noyabr 1871-ci ildə Koçi prefekturasının Hata rayonunda yerləşən Nakamura qəsəbəsində doğulmuşdur. Atası quru malların satışı ilə məşğul olan tacir idi. Konfusiçilik təhsili almasına baxmayaraq orta məktəbi bitirdikdən sonra ingiliscə öyrənmək və insan hüquqları hərəkatında iştirak etmək üçün Tokioya gəlmişdir.

1887-ci ildə qəbul edilən Sülhün mühafizəsi qanunundan sonra Kotoku təhlükəli adam hesab edilmiş və təhsili yarımçıq qalmışdır. 1888-ci ildə Osaka şəhərinə gedərək Nakae Çominin evində tələbə olmuşdur. 1893-cü ildə Tokio məktəblərinin birindən ingilis dili üzrə məzun olaraq jurnalist olmuşdur. O, "Jiyu Shimbun" və "Yorozu Choho" kimi qəzetlər üçün işləməyə başlamışdır.

Siyasi fəaliyyəti Kotoku 1898-ci ildə Sosializmin Tədqiqi Cəmiyyətinə qoşulmuşdur. 1901-ci ildə Yaponiyanın ilk sosialist partiyası olan Sosialist Xalq Partiyasını qurmuşdur. Lakin partiya yarandıqdan cəmi 2 gün sonra hökumət tərəfindən bağlanmışdır. 1903-cü ildə Rusiya ilə müharibəyə qarşı olan Kotoku digər sosialistlərlə birlikdə Avamlar Cəmiyyəti adlı təşkilat yaratmışdır. Bu təşkilat "Heimin Shimbun" adlı qəzet nəşr etməyə başlamışdır. 1904-cü ilin payızında ildə bu qəzetdə Karl Marksın "Kommunist Manifesti" əsərinin yapon dilindəki ilk tərcüməsini yayımlamış və buna görə 1905-ci ildə 5 ay həbsdə olmuşdur.

Həbsdən çıxdıqdan sonra ABŞ-a gəlmiş, 6 ay San-Fransisko şəhərində yaşamış, 1906-cı ildə San-Fransisko zəlzələsi təcrübəsini yaşamışdır. Burada anarxist olmuş və sosial islahatlar üçün hərəkətə keçməyin vacib olduğunu vurğulamışdır. Yenidən yaradılmış Sosialist Partiyanın 1907-ci ildəki ikinci konvensiyasında hərəkətə keçmək barədə çağırış etmiş və buna görə də partiya daxilində müxalifət yaranmışdır. Nəticədə, partiya dağılmışdır. 1909-cu ildə sosialist və feminist Kanno Suqa ilə tanış olmuş, onunla "Jiyu Shisa" adlı jurnal yaratmışdır. Jurnal 2 buraxılışdan sonra qadağan olunmuşdur.

Kotoku 1910-cu ildə imperatora qarşı planlaşdırılmış anarxist sui-qəsd cəhdinin – Böyük vətən xainliyi insidentinin iştirakçısı olmaqla ittiham edilmişdir. O, 18 yanvar 1911-ci ildə günahkar hesab edilmiş və 24 yanvar İçiqaya həbsxanasında asılaraq edam olunmuşdur.

Əsərləri Kotokunun əsərləri Birinci Dünya müharibəsinə qədərki dövrdə Yaponiyada sosializm haqqında yazılmış əsas əsərlər olmuşdur: "Niciseyki no kaybutsu teykoku şuqi" (1901, "İmperializm: XX əsrin kabusu") "Şakay şuqi şinzui" (1903, "Sosializmin kvintessensiyası")

İstinadlar

Ədəbiyyat

Kateqoriya:XX əsrdə edam olunanlar Kateqoriya:Yaponiya anarxistləri Kateqoriya:Yaponiya sosialistləri Kateqoriya:Asılaraq edam olunanlar Kateqoriya:Meyci dövrü şəxsləri Kateqoriya:Yaponiyada edam olunanlar Kateqoriya:XIX əsr tərcüməçiləri Kateqoriya:Tokioda vəfat edənlər Kateqoriya:Yaponiya inqilabçıları Kateqoriya:Edam olunmuş inqilabçılar Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:XX əsr jurnalistləri