Ermənistanın Milli Qəhrəmanı () — Ermənistanın yüksək titulu. Titul haqqında qanun 1994-cü il aprelin 22-də prezident Levon Ter-Petrosyan tərəfindən imzalanıb. Mükafat Ermənistanın müdafiəsində, dövlət aparatının möhkəmləndirilməsində, milli dəyərlərin qorunub saxlanmasında və təbliğində müstəsna xidmətlər göstərənlərə verilir. Titul ilə yanaşı, onu alanlar Vətən ordeni alırlar. O, Ermənistan müstəqillik əldə etdikdən sonra ləğv edilmiş Sovet İttifaqı Qəhrəmanı mükafatının erməni varisi kimi yaradılmışdır.
Bu titulun ilk sahibi 28 iyul 1994-cü ildə erməni kilsəsinin rəhbəri katolikos I Vazgen olmuşdur.
Ermənistanın Milli Qəhrəmanları "Ermənistanın Milli Qəhrəmanı" adına layiq görülən şəxslərin cədvəli belədir: TarixLayiq görülənFəaliyyəti28 iyul 1994I VazgenBütün ermənilərin katolikosu11 oktyabr 1994Viktor Ambartzumyanalim14 oktyabr 1994Aleks Manukyaniş adamı, xeyriyyəçi20 sentyabr 1996Movses Qorqisyanfəal, siyasətçi20 sentyabr 1996Qeqaznik Mikaelyanhərbi komandir20 sentyabr 1996Monte Melkonyanhərbi komandir20 sentyabr 1996Tatul Krpeyanhərbi komandir20 sentyabr 1996Vitya Ayvazyanfəal, siyasətçi20 sentyabr 1996Jivan Abramyanhərbi komandir20 sentyabr 1996Yura Poqosyanhərbi komandir27 dekabr 1999Karen Dəmirçyansiyasətçi27 dekabr 1999Vazgen Sarkisyansiyasətçi27 may 2004Kirk Kerkoryaniş adamı, xeyriyyəçi27 may 2004Şarl Aznavurmüğənni, xeyriyyəçi5 dekabr 2008Nikolay Rıjkovsiyasətçi9 oktyabr 2017Eduardo Ernekyaniş adamı, xeyriyyəçi30 dekabr 2017Ohannes Çekidciyaniş adamı, xeyriyyəçi18 avqust 2020Ruben Sənəmyanhərbi komandir27 avqust 2020Qrayr Hovakimyankardio-cərrah15 oktyabr 2020Vaaqn Asatryanhərbi komandir22 oktyabr 2020Tiran Xaçatryanhərbi komandir22 oktyabr 2020Andranik Piloyanhərbi komandir27 yanvar 2021Tatul Xazaryanhərbi komandir27 yanvar 2021Qraçiya Andreasyanhərbi komandir27 yanvar 2021Qurgen Dalibaltayanhərbi komandir8 may 2021Arkadi Ter-Tadevosyanhərbi komandir
İstinadlar
Kateqoriya:Ermənistan ordenləri Kateqoriya:Ermənistanın Milli Qəhrəmanları Kateqoriya:Milli Qəhrəmanlar