Alpərən Ocaqları (), rəsmi olaraq Alperen Ocaqları Təhsil, Mədəniyyət və Həmrəylik Vəqfi () və ya sadəcə olaraq Alpərənlər — Türkiyədə Böyük Birlik Partiyası ilə əlaqəli ifrat sağçı gənclər təşkilatı.

İdeologiyası Alpərən Ocaqlarının ideologiyası sünni islam ilə türk milliyyətçiliyinin sintezidir. Bu, milliyyətçiliyə günah kimi baxan islamçılar və dini əhəmiyyətsiz hesab edən milliyyətçilər tərəfindən tənqid edilən ideologiyadır. Bununla belə, onlar Ülkü Ocaqlarından daha çox milliyyətçilik əvəzinə dinə meyil etmələri kimi bəzi aspektlərdə fərqlənirlər. Həmçinin, Alpərənlər Türkiyədə türklər, lazlar, çərkəzlər, kürdlər və ərəblər də daxil olmaqla, bütün etnik qrupların əl-ələ verərək ölkəni müdafiə etməli olduqlarını, Ülkü Ocaqlarının isə yalnız etnik türklərin qayğısına qaldığını iddia edirlər. Alpərənlər heç bir etnik qrupu marjinallaşdırmadan, bütün insanları Adəm övladı kimi görərək türk millətinə qarşı dərin sevgi, bağlılıq və məsuliyyət yaratmaq istədiklərini iddia edirlər.

İstinadlar

Kateqoriya:1992-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:Türk milliyətçiliyi Kateqoriya:Antikommunist təşkilatları Kateqoriya:Avropadakı milliyyətçilik hərəkatları Kateqoriya:Asiyada milliyyətçilik hərəkatları Kateqoriya:Avropada ifrat sağçılıq Kateqoriya:Asiyada ifrat sağçılıq Kateqoriya:Etnofobiya Kateqoriya:Ermənifobiya Kateqoriya:Erməni soyqırımının inkarçıları