Borudişli (lat. Orycteropus afer) — borudişlilər (Tubulidentata) dəstəsinə aid yeganə məməli heyvan növü.
Böyük səhradan cənuba doğru bütün Afrikada yayılmışdır. Bu növ iriliyinə və tüklərinin rənginə görə 3 yarımnövə bölünmüşdür.
4-5 azı dişi var; hər diş bir-birinə qovuşmuş ayrı-ayrı borucuqlardan (adı da buradandır) ibarət olub minasızdır. Gecə heyvanlarıdır. Ətinə və dərisinə görə ovlanır.
Kateqoriya:1766-cı ildə təsvir edilən məməlilər Kateqoriya:Yaşayan qazıntılar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika məməliləri Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış heyvan taksonları