Abram Davıdoviç Abkin (; ) — SSRİ fiziki kimyaçısı.

Bioqrafiya Abram Davıdoviç Abkin 1928-ci ildə Kazan Universitetini bitirmiş, L. İ. Karpov adına Fiziki-Kimya İnstitutuna dəvət olunmuşdur O, ömrünün sonuna kimi burada çalışmışdır. Abkin 1952-ci ildə kimya elmləri doktoru, 1974-cü ildə Rusiyanın əməkdar elm xadimi olmuşdur. Onun əsas əsərləri polimerləşmə proseslərinin mexanizminin öyrənilməsinə həsr edilmişdir. O, 1951-ci illdə kopolimerləşmənin kəmiyyət nəzəriyyəsini işləyib hazırlamış, sonra poliakrilamid əldə etmək üçün orijinal üsul yaratmışdır. Abkin 1980-ci ildə fotosensibilizasiya edilmiş polimerləşməni kəşf etmişdir. O, həmin il "Lenin" mükafatına layiq görülmüşdür.

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:SSRİ fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:SSRİ kimyaçıları