Dieqo Tristan Errera () — İspaniya futbolçusu.
Həyatı Dieqo Tristan 1976-cı ildə İspaniyanın Sevilya şəhərində doğulub. Hücumçudur. Futbolçu karyerasına "Betis" klubunda başlayıb. 1999-cu ildə "Malyorka" klubuna transfer olub. "Malyorka"nın heyətində 35 matçda 18 qola imza atıb. 2000-ci ilin yayında isə "Deportivo" klubuna transfer edilib. Burada 179 oyunda meydançaya çıxıb və 87 qol vurub. O, 2001–2002-ci il mövsümündə 21 qolla İspaniya Primerosunun bombardiri olub. 2006-cı ildə "Malyorka"ya transfer olan futbolçu bu komandanın heyətində 13 matçda meydana çıxsa da, qol vura bilməyib. Məşqçi Qreqorio Mansano ilə münasibəti istənilən səviyyədə olmayan futbolçu mövsümün sonunda İtaliyanın "Livorno" klubuna keçdi. Tristan "Livorno"nun heyətində cəmi 7 matça çıxıb və 1 qola imza atıb. Onu da xatırladaq ki, o, 2004-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Deportivo" ilə "Monako" arasında keçirilən və 8:3 hesabı ilə başa çatan matçda 2 qola imza atıb və vurduğu 2-ci qol UEFA tərəfindən çempionlar Liqası tarixinin ən gözəl qolu seçilib.
Həmçinin bax
Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:Piçiçi mükafatı qalibləri Tristan Tristan Tristan Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Real Betis FK futbolçuları Kateqoriya:Legioner İspaniya futbolçuları Kateqoriya:Livorno FK futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:İngiltərədə legioner İspaniya idmançıları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Futbol hücumçuları