– Yaponiya biznesmeni, mirvari yetişdirə bilmiş ilk şəxs. "Mikimoto" mirvari şirkətinin əsasını qoymuşdur. Onu "Mirvarinin kralı" adlandırırlar.
Həyatı Mikimoto Kokiçi 1858-ci ildə müasir Mie prefekturasının ərazisində yerləşən Toba şəhərində doğulmuşdur. Udon restoranı işlədən atanın ən böyük oğlu idi. O, 1880-ci illərdə abalon tutmağa və dəniz xiyarları qurutmağa başlamışdır. Səyahətlərinin birində gördüyü mirvarilərdən təsirlənmiş və mirvari yetişdirməyə qərar vermişdir.
1883-cü ildə Mie prefekturasının Şima yarımadasında yerləşən Aqo körfəzində mirvari stridiyaları böyütməyə başlamışdır. 1893-cü ildə sferoid mirvari istehsal etməyi bacarmış və 1895-ci ildə yetişdirməyə başladığı mirvariləri 1898-ci ildə yığmışdır.
Mikimotonun yetişdirilmiş mirvariləri ilk dəfə olaraq 1897-ci ildə xarici ölkələrə göndərilməyə başlanmışdır. Yetişdirdiyi məhsulları Norveçdə baş tutmuş dəniz məhsulları sərgisində nümayiş etdirmiş və gümüş medal qazanmışdır. 1905-ci ildə kürə formasında mirvari yetişdirməyi bacarmış və 1913-cü ildən etibarən onları toplamağa başlamışdır.
Mikimoto 1899-cu ildə yetişdirilmiş və təbii mirvariləri satmaq üçün Tokioda mağaza açmışdır. 1911-ci ildən etibarən London, Nyu-York, Çikaqo, Los-Anceles, San-Fransisko, Bombey, Pekin və Nankində mağazaları fəaliyyət göstərməyə başlamışdır. 1919-cu ildə kürə formasında olan yetişdirilmiş mirvarilərini Londondakı mağazasına göndərmiş və təbii mirvarilərdən 25% daha ucuz satmağa başlamışdır. Nəticədə, mirvari bazarında çaxnaşma baş vermişdir. Tezliklə, Mikimoto mirvariləri dünyada məşhurlaşmış və o, "Mirvarinin kralı" kimi tanınmağa başlamışdır. 1924-cü ildə Perlər palatasına namizəd olmuşdur.
Xatirəsi Mikimotonun mirvari yetişdirməklə məşğul olduğu, Toba şəhərində yerləşən adada Mirvari muzeyi və Mikimoto muzeyi fəaliyyət göstərir. Mirvari yetişdirməkdə böyük dəstək göstərmiş həyat yoldaşı Umenin bürünc büstü də buradadır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiyanın iş adamları Kateqoriya:Yaponiya ixtiraçıları Kateqoriya:Mirvari Kateqoriya:Yaponiya uzunömürlüləri Kateqoriya:Yaponiya brendləri