Yacine Adli () — Əlcəzair əsilli Fransalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubundan icarə əsasında "Fiorentina" klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir.

Həyatı 29 iyul 2000-ci ildə anadan olub.

Klub karyerası

PSJ Yasin Adli 2013-cü ildə "PSJ" klubunun uşaq komandasına qoşulur. Adli 19 may 2018-ci ildə "PSJ"-nin əsas heyətində, Liqa 1 matçında "Kann" klubuna qarşı oyunda debüt edir. O, səfərdə 0:0 hesablı heç-heçə ilə bitən oyunun 83 dəqiqəsində Kristofer Nkunku əvəz edir.

2 iyul 2018-ci ildə Adli "PSJ" ilə ilk peşəkar müqaviləsini imzalayır.

Bordo 31 yanvar 2019-cu ildə, 2018–19 qış transfer pəncərəsinin son günü, Adli "PSJ"nin liqadakı rəqiblərindən olan "Bordo" klubuna transfer olunur. Futbolçu yeni klubu ilə 4+0.5 illik müqavilə bağlayır. Transferin qiyməti 5,5 milyon avro və növbəti satışdan 40% qazanc şərti ilə olur.

"Bordo" klubunun heyətində 67 oyun keçirir və 5 qol vurur.

Milan 31 avqust 2021-ci ildə Adlinin İtaliya nəhəngi "Milan" klubu ilə 5 illik müqavilə imzaladığı açıqlanır. Milan bu transfer üçun Bordoya 8 milyon avro ödəyir. O, 2021–22 mövsümünün qalan hissəsi üçün yenidən kluba icarəyə verilir və "Bordo"nun heyətində meydana çıxdığı 32 oyunda 1 qol vurur.

Fiorentinaya icarə Adli 28 avqust 2024-cü ildə A Seriyası klubu "Fiorentina"ya mövsümün sonuna qədər, transferin daimi olması seçimi ilə icarəyə verilib.

Milli komanda karyerası O, Fransanın gənclərdən ibarət Milli komandasının oyunçusudur və 2017-ci ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatında və 2017-ci il FIFA U-17 Dünya Kubokunda Fransa U17-ni təmsil etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Bordo FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:Milli Çempionat 2 (Fransa) futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:Əlcəzairin kişi futbolçuları Kateqoriya:Səudiyyə Professional Liqası futbolçuları Kateqoriya:İtaliyada legioner Fransa idmançıları Kateqoriya:Fransa U-20 milli futbol komandasının futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri