– Yaponiya alimi və həkimi. Qərb elmlərini öyrənmişdir. O, "Yaponiya botanikasının atası" hesab olunur.

Həyatı və karyerası Udaqava Yoan 1798-ci ildə Yaponiyanın Oqaki hanında doğulmuşdur. Atası Ezava Yoci həkim idi. O, kiçik yaşlardan etibarən təbiətşünaslığa maraq göstərməyə başlamışdır. Atasının etirazlarına baxmayaraq, Tokuqava şoqunluğunun tərcüməçisi Baba Sacurodan holland dili dərsləri almışdır. 1811-ci ildə Qərb tibbi üzrə həkim Udaqava Şinsay tərəfindən övladlığa götürülmüşdür. Babanın ölümündən sonra holland dili dərslərinə Yoşio Çuciro ilə davam etmişdir.

Udaqava 1817-ci ildə Tsuyama klanının rəsmi həkimi postunu qəbul etmişdir. 1822-ci ildə həkim Adaçi Çoşunun qızı olan Adaçi Seyo ilə evlənmişdir. 1826-cı ildə şoqunluğun astronomiya şöbəsinin tərcüməçisi olmuş və holland ensiklopediyalarından birinin tərcüməsində iştirak etmişdir. Holland dili ilə yanaşı alman, yunan, rus, ingilis və latın dillərində də oxumuşdur. O, ingilis dilini təkmilləşdirmək üçün 1822-ci ildə Takahaşi Kaqeyasudan icazə alaraq Britaniyaya məxsus "Saracen" gəmisində üç gecə keçirmişdir.

Elmi töhfələri Udaqava xarici dilləri, xüsusilə də, holland dilini öyrəndikdən sonra Qərb dünyasının əsərlərini yapon dilinə tərcümə etməyə başlamışdır. Babanın təsiri altında "Roşioci on ko" () əsərini yazmışdır. Holland dilində ustalaşdıqdan sonra 1816-cı ildə "Kohi ne setsu" (), 1819-cu ildə isə "Engerisu şarien ko" () məqalələrini yazmışdır. Naqasakidə xolera epidemiyası başlayanda və heç kim bunun qarşısını almağın yolunu bilməyəndə o, 1822-ci ildə xoleraya qarşı mübarizədən bəhs edən "Korea morubusu setsu" məqaləsini yayımlamışdır.

Udaqava Niderlandla elmi mübadilələr apararaq Yaponiyanı Qərb dünyasının botanika elmi ilə tanış etmişdir. 1822-ci ildə yazdığı "Botanika kyo" () Yaponiyada Qərb botanikasına dair ilk əsərdir. O, Kristian Lüdviq və Herman Burhave kimi botaniklərdən təsirlənərək bütün bitkiləri bitki-heyvan modeli ilə başa düşməyin mümkünlüyünü müdafiə etmişdir. Alman botanik Filip Frans fon Ziboldun rəhbərliyi altında 1834-cü ildə üç cildlik "Şokuqaku keyqen" () əsərini yayımlamışdır. Bu əsərdə sadə botanika terminlərini yapon dilinə tərcümə etmiş və bitki fiziologiyasından danışmışdır. Udaqava botanika rəssamı da olmuşdur. 1825-ci ildə yayımlanmış "Şokubutsu şasey zufu" () əsərinə onun tərəfindən çəkilmiş 82 bitki rəsmi daxildir.

Udaqava farmakologiya, kimya, zoologiya, tarix, dilçilik, coğrafiya, texnologiya, musiqi və riyaziyyat sahələrinə də maraq göstərmişdir. 1828-ci ildə "Konçu tsuron" () əsərini yayımlayaraq Yaponiyanı müasir entomologiya ilə tanış edən ilk şəxs olmuşdur. Vilyam Henrinin "Təcrübi kimyanın elementləri" əsərini holland dilindən tərcümə edərək "Seymi kayso" (1837) adı ilə yayımlamışdır. Bu kitab Yaponiyada sistematik kimyaya dair ilk kitabı olmuşdur. Yaponiyada hələ də istifadə olunan kimyəvi terminlərin çoxu bu kitabdan qaynaqlanır.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya təbiətşünasları Kateqoriya:Ranqaku Kateqoriya:Yaponiya botanikləri Kateqoriya:Yaponiya həkimləri Kateqoriya:Yaponiya tərcüməçiləri