Afrikaansca Vikipediya () — Vikipediyanın Afrikaans dilindəki versiyası. Layihəyə 16 noyabr 2001 tarixində başlanıldı və beləliklə yaradılan 11-ci Vikipediya oldu."Wikipedia:2001", English-language Wikipedia (16 December 2006) 2016-cı ilin dekabrında məqalələrin sayına görə 84-cü ən böyük Vikipediya idi. Cənubi Afrika və Namibiyadan başqa, afrikaansca Vikipediya Avropa, Şimali Amerika və Okeaniyadakı istifadəçilər tərəfindən istifadə edilir.

Ziyarətlər və redaktələr Afrikaansca Vikipediya bütün Vikipediya axtarışlarının 0,008%-ni təşkil edir. 1 iyul 2009-cu il və 30 sentyabr 2013-cü il tarixləri arasında afrikaansca Vikipediyanı ən çox ziyarət edənlər bu ölkələrdir: CAR (64.0%) ABŞ (5.5%) Almaniya (4.1%) (26.4%)

Afrikaansca Vikipediya, Cənubi Afrikadakı bütün axtarışların İngiliscə Vikipediyanın 92,7%-dən sonra 2,2%-ni təşkil edir. Namibiyada ingiliscə (85,3%), almanca (5,7%) və portuqalca (1,5%) Vikipediyalardan sonra afrikaans Vikipediyası 1,2% istifadə olunur.Wikimedia Traffic Analysis Report – Wikipedia Page Views Per Country – Breakdown . Stats.wikimedia.org. Retrieved on 23 November 2013.

Bütün almanların redaktələrinin 0,1%-i, bütün belçikalıların redaktələrin 0,3%-i və cənubi afrikalıların redaktələrinin 24,4%-i afrikaansca Vikipediyada baş tutur.Africa . Stats.wikimedia.org. Retrieved on 23 November 2013. Hollandiya və Belçikanın afrikaansca Vikipediyaya daxil olması çox güman ki, afrikaansca və niderlandca arasındakı dil əlaqəsi ilə bağlıdır.

İstinadlar

Kateqoriya:Dillərinə görə Vikipediyalar Kateqoriya:Afrikaans Kateqoriya:2001-ci ildə yaranan saytlar