thumb|250x250px|Dionisin zəfəri. Müəllif: Nikola Pussen. 1635–1636-cı illər. Vakxanaliya () — Qədim Romada e.ə. V–II əsrlərdə Yunanıstan və Kiçik Asiyadan mənimsənilmiş Dionisin (Vakx) şərəfinə mistik şənliklər. E.ə. II əsrdən bu şənliklər orgiya xarakteri almışlar. Vakxanaliya əvvəlcə ilin üç günü gizli şəkildə keçirilirdi və burada yalnız qadınlar iştirak edirdilər. Sonralar kişilər də şənliklərə qatılmağa başladı və onlar ayda beş dəfəyə qədər keçirilməyə başlandı. E.ə. 186-cı ildə Roma senatının xüsusi fərmanı ilə vakxanaliya qadağan edilmişdir. Buna baxmayaraq, İtaliyanın cənubunda gizli şəkildə keçirilməyə davam edilmişdir.

İstinadlar

Xarici keçidlər

Senatus consultum de Bacchanalibus, in Latin at The Latin Library Decree of the Senate Concerning the Rites of Bacchus (Senatus Consultum de Bacchanalibus), in English at forumromanum.org Description of the Bacchanalia and the Senate's ruling, from Fordham

Kateqoriya:Martdakı bayramlar Kateqoriya:Yunan-Roma misteriyaları Kateqoriya:Qədim Romada seksuallıq Kateqoriya:İçki mədəniyyəti