MadisonСоединенные Штаты Америки // Атлас мира / сост. и подгот. к изд. ПКО "Картография" в 2009 г. ; гл. ред. Г. В. Поздняк. — М. : ПКО "Картография" : Оникс, 2010. — С. 168–169.Ма́дисон // Словарь географических названий зарубежных стран / Отв. ред. А. М. Комков. — 3-е изд., перераб. и доп. — М. : Недра, 1986. — С. 210. () — ABŞ-də şəhər, Viskonsin ştatının inzibati mərkəzi. Əhalisi 258,054 nəfərdir (2018), Viskonsin ştatının Milvaukidən sonra ikinci, ABŞ-də isə 81-ci ən böyük şəhəridir. Şəhərətrafı ərazilərdə əhalinin sayı 654 min nəfərdən çoxdur.

Tarixi Madison ilk dəfə 1836-cı ildə keçmiş federal hakim Ceyms Doti yeni bir şəhər qurmaq niyyətində olan Mendota və Monona gölləri arasındakı bərzəxdə təxminən 1000 akr (4 km²) bataqlıq və meşəlik alanda xatırlandı. O, Viskonsin ərazisinin paytaxtını Belmontdan ABŞ-nin dördüncü prezidenti Ceyms Medisonun adına yeni şəhərə köçürmək üçün güclü lobbiçilik etdi. Noyabrın 28-də şəhərin yalnız kağız üzərində mövcud olmasına baxmayaraq, Madison əlverişli coğrafi mövqeyi sayəsində Viskonsinin paytaxtı oldu. 1837-ci ildə Viskonsin Kapitolunda tikinti başladı. Qanunverici orqanın ilk iclası 1838-ci ildə baş tutdu. 1846-cı ildə Madison yalnız 626 nəfərdən ibarət bir qəsəbə idi. 1848-ci ildə Viskonsin ştata çevrildikdə, Madison onun paytaxtı oldu və Viskonsin-Medison Universitetinin əsası qoyuldu. 1854-cü ildə Madisonu Miluauki ilə birləşdirən bir dəmir yolu inşa edildi. 1856-cı ildə Madison 6863 nəfər əhalisi olan bir şəhər statusu aldı. 1869-cu ildə ikinci kapitol tikildi, 1904-cü ildə baş vermiş yanğın nəticəsində ciddi ziyan gördü. 1906-cı ildə yeni kapitol binasının tikintisinə başlanılmış və 1917-ci ildə tamamlanmışdır.

Əhalisi 2018-ci il iyulun 1-nə əhalinin sayı 258 054 nəfər olub.

2011-ci ildən:

ağlar — 78,9% afroamerikalılar — 7,3% asiyalılar — 7,4% ispanlar (bütün irqlər) — 6,8% Adambaşına düşən orta illik gəlir 2000-ci ildə 23,498 dollar təşkil etmişdir. Əhalinin orta yaşı 30,9-dur. Cinayət nisbəti ABŞ-dəki orta göstəricidən bir qədər aşağıdır.

Siyasi baxımdan, Madison XX əsrin ortalarından bəri Demokratlar Partiyasının qalası olmuşdur.

İstinadlar

Kateqoriya:ABŞ şəhərləri Kateqoriya:Viskonsin