left|thumb|Üzərində üçüncü hərfi 𐔸 olaraq yazılmış şamdan 𐔸 (səslənməsi: /t/; transkripsiyası: T, t) — Alban əlifbasının doqquzuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı (T'as) kimi verilmişdir. Tədqiqatçı Aşot Abramyan ətraflı izah təklif etmədən bu hərfin qədim gürcücə Ⴇ hərfinin bir forması olduğunu irəli sürmüşdür.Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 29 Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf [t] səsinin qarşılığı idi.J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, , 2008; 1-ci cild, səh. II-4–6 Rəqəmsal dəyəri 9 olmuşdur. Sözlərin hər yerində rast gəlinir.

Nümunələr: Alban yazısıTranskripsiyasıTərcüməsiUdi dilində𐔸𐕈𐕀𐔰𐕎tåxanəncirtǒxə̌n𐔸𐕒𐕡𐕙turayaqtur𐔱𐔰𐕙𐔸𐔴𐕚𐕒𐕡𐕎bartesunburaxmaqbartesun

İstinadlar

Kateqoriya:Alban əlifbası