Corc Beyli Sensom (; ) – Britaniya diplomatı, tarixçisi və yaponşünası.
Həyatı Corc Beyli Sensom 1883-cü ildə İngiltərənin London şəhərində doğulmuşdur. Gissen və Marburq universitetlərindən məzun olmuş, 19 yaşında Britaniya konsulluğunda işləməyə başlamışdır. 1904-cü ildə tələbə tərcüməçi kimi Yaponiyanın Naqasaki şəhərinə göndərilmiş və onun Yaponiya karyerası başlamışdır.
Sensomun Yaponiya illəri həm diplomat, həm də yaponşünas kimi keçmişdir. O, Yaponiya cəmiyyəti və hökuməti ilə yaxşı əlaqələr qurmuş, eləcə də, 1920 və 1930-cu illərdə Yaponiyanın dil, mədəniyyət və tarixini öyrənən əsas Qərb mütəxəssislərindən biri olmuşdur.
Sensom 1935-ci ildə cəngavər elan olunmuşdur. 1942-ci ildə Britaniyanın Vaşinqton səfirliyində işləmiş, 1946–1947-ci illərdə isə Vaşinqtonda fəaliyyət göstərən Uzaq Şərq Komissiyasında fəaliyyət göstərmişdir. 1947-ci ildə Kolumbiya Universitetinin Şərqi Asiya İnstitutunun birinci direktoru olmuşdur. Postmüharibə dövründə ABŞ-nin akademik dünyasında Yaponiyada təhsil və yaponşünaslıq təlimlərinə yaranan təlabatda vacib rol oynamışdır. 1954-cü ilə qədər Kolumbiya Universitetində qalmışdır.
Əsərləri 1928-ci ildə "Yapon dilinin tarixi qrammatikası", 1931-ci ildə isə "Yaponiya: Qısa mədəni tarix" adlı əsəri nəşr olunmuşdur. Adıçəkilən son kitab dərslik kimi istifadə olunmuş, Sensomu alim və yazıçı kimi məşhurlaşdırmışdır. Əsər Yaponiya haqqında Qərb ədəbiyyatının klassiklərindən biri hesab olunur.
1951-ci ildə "Qərb dünyası və Yaponiya" əsərini yazmışdır. Bu əsər Yaponiya ilə Qərbin XVI əsrin ikinci yarısından XIX əsrin sonlarına qədər münasibətlərindən bəhs edir. 1958–1963-cü illərdə "Yaponiya tarixi" adlı üçcildlik əsəri nəşr olunmuşdur.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Britaniya yaponşünasları Kateqoriya:Britaniya diplomatları Kateqoriya:Britaniya tarixçiləri Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri