Esterhaza () — Macarıstanın Fertöd şəhərində yerləşən tarixi saray. Şahzadə Mikloş Esterhazi tərəfindən inşa edilib. Macarıstanın ən möhtəşəm rokoko tikilisi hesab edilir və bunu "Macar Versalı" adlandırırlar. Saray 1760–1790-cı illərdə Yozef Haydn və onun orkestrinin evi olub. 2018-ci ildə ABŞ müğənnisi Melani Martinesin musiqili filmi olan “K-12”nin çəkilişləri burada həyata keçirilib.
Qalereya