Edvard Bikkerstet (; ) – Cənubi Tokio yepiskopu olmuş missioner.

Həyatı Edvard Bikkerstet 26 iyun 1850-ci ildə Norfolkun Banningem kəndində doğulmuşdur. Atası Edvard Henri Bikkerstet Ekseter yepiskopu olmuşdur. Anası Roza isə Samuel Biqnoldun qızı idi. Bikkerstet Haygeyt məktəbində təhsil almış, 1869-cu ildə Pembrok kollecində təhsil almaq üçün təqaüd qazanmışdır. 1873-cü ildə bakalavr, 1876-cı ildə magistr dərəcəsi ilə məzun olmuşdur. 1874-cü ildə Şolefild və Evans mükafatlarını qazanmışdır. O, London yepiskopluğundan 1873-cü ildə diakon, 1874-cü ildə isə keşiş titulu almışdır. 1873–1875-ci illərdə Hempsteddə Müqəddəs Üçlüyün kuratoru olmuşdur. 1875-ci ildə kollecinin müxbir üzvü seçilmişdir.

Bikkerstetin səyləri nəticəsində Dehlidə Kembric missiyası qurulmuş və 1877-ci ildə missiyanın birinci başçısı kimi İngiltərəni tərk etmişdir. Səhhətindəki problemlərə görə 1882-ci ildə İngiltərəyə qayıtmış və Fremlingemdə yerləşən Müqəddəs Mikayıl kilsəsinin rektorluğuna təyin olunmuşdur.

Yaponiya Bikkerstet Yaponiyada Cənubi Tokio yepiskopu olmaq təklifini qəbul edərək İngiltərəni bir daha tərk etmişdir. 1886-cı ildə təqdis olunaraq yepiskopluğa doğru yola düşmüşdür. Yaponiyada Müqəddəs Katolik Kilsəsinin yaradılmasında iştirak etmiş, Yaponiyada fəaliyyət göstərən aktiv anqlikan olmuşdur. Bikkerstetin digər kilsələrlə ekumenik əlaqələr qurmaq cəhdi 1897-ci ildə uğursuz olmuşdur.

Bikkerset səhhətində yaşadığı problemlərə görə növbəti dəfə İngiltərəyə qayıtmalı olmuşdur. Uzun çəkən xəstəlikdən sonra 5 avqust 1897-ci ildə Uiltşirin Çiseldon kəndində yerləşən evində ölmüşdür.

Əsərləri "Bizim kilsədəki irsimiz" (, 1898) – mühazirələr.

İstinadlar

Kateqoriya:Yaponiyadakı Britaniya qürbətçiləri Kateqoriya:Yaponiyada anqlikanizm