() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Haqqında Azərbaycanda nominativ yarımnövlə təmsil olunmuşdur. Sərçədən bir qədər iridir. Rəngində parlaq fonlar yoxdur. Boğazı, döşü və qarnı bulaşıq-ağ, uzununa qonur alalıdır. Bədənin, qanadların və quyruğun üst hissəsi bozumtul-qonur, uzununa tünd-solğun alalıdır. Yuvalama dövründə tək-tək və ya cütlərlə, payızda və qışda isə sürü ilə gəzir. Çox vaxt kolların başına qonur. Yerdə yemlənir. Qışqırığı kəskin «cik-cik» kimidir. Nəğməsi gödək, quru cəh-cəhdir. Arealı Avropa, Asiyada, Şimali Afrikadadır. Azərbaycanda Böyük Qafqazın hündür dağlıqlarından başqa hər yerdə geniş yayılmışdır. Fızıllıq və kol qrupları olan açıq sahələrdə məskunlaşır. Bir qismi adətən aran rayonlarında qışlayır, qalanları isə cənuba uçur. Yuvasını yerdə qurur. Mövsümünə görə 2 dəfə apreldə və ya iyulda 4-5 bozumtul-ağ, çəhrayımtıl çaları və qonur xallı yumurta qoyur. Cücələrini yem və cücülərlə yuvalarında yemləyir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar