və ya — Yaponiya riyaziyyatçısı. Yapon riyaziyyatının Seki məktəbinin qurucusudur. "Vasanın tanrısı" kimi tanınır.

İlk illəri Seki Takahazu 1642-ci ildə Kozuke əyalətinin Fucioka şəhərində doğulmuşdur. Sekinin həyatı haqqında məlumatlar azdır. O, samuray Nakaakira Uçiyamanın ikinci oğlu olsa da, Edoda Tədarük Bürosunun samurayı olan Seki Qorozaemon tərəfindən övladlığa götürülmüşdür. O, Tokuqava şoqunluğunda geyim və ləvazimatdan cavabdeh olan qurumda işləmişdir.

Elmi töhfələri Seki riyaziyyatı özbaşına öyrənmişdir, müəllimi olmamışdır. Çin riyaziyyatından təsirlənmiş, Çju Şitse, Yan Huey və Çen Davey kimi çinli riyaziyyatçıların əsərləri ilə tanış olmuşdur. O, Nyuton metoduna çox oxşayan metod kəşf edərək ali cəbr tənliyinin köklərini hesablamağı bacarmışdır. Determinantlar nəzəriyyəsi alman riyaziyyatçı Qotfrid Leybnits tərəfindən inkişaf etdirilsə də, Seki bu nəzəriyyəni ondan öncə kəşf etmişdir. O, cəbri notasiya sistemini yaratmış, dairənin çevrəsini hesablamaq üçün düstur tapmış, vasanın əsasını qoymuşdur.

Seki "Kayfukuday no ho" (1683) "Kayinday no ho" (1685) kimi əsərlərin müəllifi olmuş, adıçəkilən son əsərdə kök əldə əldə etmək üçün istifadə olunan qədim Çin metodundan bəhs etmişdir.

Seki bir neçə fundamental hesablama konsepsiyası kəşf etmiş, riyaziyyat haqqında bir çox kitab yazmışdır. Onun cəbr texnikaları şagirdi Takabe Katahiro tərəfindən inkişaf etdirilmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya riyaziyyatçıları Kateqoriya:Samuraylar Kateqoriya:Xətti cəbrşünaslar