Badla (Azərbaycanca tərcüməsi: Qisas) 2019-cu ildə Amitabh Baççan, Taapsee Pannu, Toni Luka və Amrita Sinqhin rol aldığı, rejissoru Sujoy Ghosh olmuş hindi dilli sirr-triller filmi. Film Red Chillies Entertainment və Azure Entertainment tərəfindən istehsal olunmuş və 2016-cı ildə çəkilmiş "Görünməz qonaq" adlı ispan filminin remeykidir. Filmin hekayəsi bir vəkil və bir iş qadını arasındakı müsahibədən sonra, sonuncunun sevgilisinin qətlinə görə haqsız yerə ittiham olunduğu mövzusunda israr etməsi ətrafında cərəyan edir.

Badla 8 Mart 2019-cu ildə buraxılmışdır. Kommersiya müvəffəqiyyəti kimi meydana çıxan film ₹370 milyon krorluq (4,6 milyon ABŞ dolları) istehsal büdcəsinə qarşı dünya üzrə ₹1,38 milyarddan (17 milyon ABŞ dolları) çox gəlir əldə etmişdir.

65-ci Filmfare Mükafatlarında Badla Ən Yaxşı Köməkçi Aktrisa (Singh) daxil olmaqla 4 nominasiya qazanmışdır.

İstinadlar

Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:London haqqında filmlər Kateqoriya:Hoteldə çəkilmiş filmlər Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:Qətl haqqında filmlər Kateqoriya:İngiliscə filmlər