Şatıroba — Azərbaycan Respublikasının Masallı rayonunun Türkoba kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi 14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlman talışlardan ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı.Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. (Без пагинации ). Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893 Hazırda kəndin əhalisi 1740 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimiyası Tədqiqatçaların bir qismi oykonimi "çörəkçilər kəndi" kimi izah edilir. Bəzi tədqiqatçılar kəndin adını əslində şatoba olub, "əri oba" mənasını verdiyini deyir. Kəndin Türkoba adlanan sovetliyə daxil olması və Sovetlikdə Türkoba və şatıroba adlı iki kəndin olması onu göstərir ki, oykonimin birinci hissəsi şatır tayfa adı ilə bağlıdır.Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti II cild, Bakı “Şərq-Qərb”, 2007, 304 s.
Din Kənddə Şatıroba kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Kateqoriya:Masallı rayonunun kəndləri