Avroviziya Xor müsabiqəsi 2017 — Avropa Yayım Birliyi (EBU) və İnterkultur tərəfindən təşkil edilən xor ifaçıları üçün ilk Avroviziya xoru müsabiqəsi.Tədbir Latviyanın aparıcı yayımçısı Latviyas Televizija (LTV) və Riqa Turizmin İnkişafı Bürosu tərəfindən hazırlanmışdır.

İştirakçı ölkələr 290px|thumb|left|İştirakçı xəritəsi.

Avropa Yayım Birliyi (EBU) ilkin olaraq müsabiqədə 7 ölkənin mübarizə aparacağını açıqlasada, 3 Aprel 2017-ci il tarixində, Uelsin iştirakı təsdiqləndikdən sonra bu say 9-a yüksəlmişdir.

Yarışma qaydaları Avropa Yayım Birliyinə (EBU) üzv olan bütün ölkələr müsabiqədə təmsil olunmaq hüququna malikdirlər. İlk müsabiqənin qaydalarına əsasən, iştirakçı ölkələr davam etmə müddəti altı dəqiqədən çox olmayan xor əsərini canlı ifa etməlidir. Hər bir əsər tək və ya bir neçə parçadan yaxud da sərbəst janrdan ibarət ola bilər. 2017-ci il müsabiqəsinin qalibi, üç nəfərdən ibarət hakim münsiflər heyəti tərəfindən təyin edilmiş və qələbə qazanan xora, xüsusi kubok təqdim olunmuşdur.

Aşağıdakı siyahıda, müsabiqənin qalib xorunu müəyyənləşdirmiş, peşəkar münsiflər heyətinin adları göstərilmişdir:

 – Elina Qarança (mezzo-soprano)  – Con Radır (Bəstəkar)  – Nikolas Fink (Dirijor)

260px|thumb|lef|"Avroviziya Xoru 2017"nin loqosu.

İlk Avroviziya Xor Müsabiqəsinin biletləri 15 mart 2017-ci il tarixində satışa çıxarılmışdır.

Müsabiqə

Çıxış sırası Ölkə Xor Əsər(lər) Dil(lər) Dərəcə 01 Estoniya Estonian TV Girls’ Choir "Absolute Tormis" Eston 02 Danimarka Academic Choir of Aarhus "I Seraillets Have" / "Wiigen-Lied" Danca/ Almanca 03 Belçika Les Pastoureaux "Dans la troupe" / "Ensemble" Fransızca 04 Almaniya Jazzchor Freiburg "African Call" / "Palettes" Yaradıcı dil / Almanca 05 Sloveniya Carmen Manet "Ta na Solbici" / "Adrca" / "Aj, zelena je vsa gora" Slovencə 1 06 Macarıstan Bartók Béla Férfikar "Karádi nóták" Macar 07 Uels Côr Merched Sir Gâr "O, Mountain, O" / "Mil harddach" / "Wade in the Water" Çex / Uels / İngiliscə 2 08 Avstriya Hardchor Linz "Ave Maria" / "I tua wos i wü" / "Rah" Latınca / Almanca/ İngiliscə 09 Latviya Spīgo "Grezna saule debesīs" / "Es čigāna meita biju" Latış 3

Dirijorlar Avroviziya Xoru Müsabiqəsinin ilk buraxılışında, təmsilçi xoru müşayiət edən dirijorların ölkələr üzrə siyahısı aşağıda təqdim edilmişdir:

– Bertrand Qröqer – Aleksandr Koller – Filipp Fevett – Ol Foursçu – A'arne Saluver – Liqa Talma-Korsiyata – Lokner Toməş – Primoj Kerştan Uels– İslven Evans

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2017-ci ildə Latviya Kateqoriya:Avroviziya Xor Müsabiqəsi Kateqoriya:Riqada tədbirlər