Əli Həriri () və ya Şeyx Əhməd Botani () — kürd şairi. O, kurmanc dilində yazırdı, klassik kürd sufi ədəbiyyatında qabaqcılı və kürd ədəbi ənənəsinin banisi hesab olunur.
Həyatı Həriri 1009-cu ildə Botanın Hakkari mahalına bağlı Hərir kəndində anadan olmuşdur. Onun adını ilk dəfə XII əsrdə Əhməd Xani çəkmişdir və onun haqqında məhdud məlumatlar məlumdur. Həririnin poeziyası məhəbbət, Kürdüstan sevgisi, onun gözəl təbiəti və xalqının gözəlliyi üzərində qurulmuşdur. Şeirləri məşhur idi və bütün regiona yayılmışdı. Tarixçi Muhibbinin məlumatına görə, Həriri təhsil almaq üçün Dəməşqə köçmüşdür. Onun molla olduğu güman edilən Şeyx Əhməd adlı bir oğlu var idi.
O, 1079-cu və ya 1080-ci ildə Cizrədə vəfat etmişdir. Onun məzarı müqəddəs yer sayılır və hər il çoxsaylı insan tərəfindən ziyarət edilir.
İstinadlar
Kateqoriya:Kürd şairlər Kateqoriya:XI əsr şairləri