left|thumb|"𐕙" şamdan üzərində yazının üçüncü sətrinin son hərfi kimi 𐕙 (səslənməsi , transkripsiyası R, r) — Alban əlifbasının 42-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı (Kat) kimi verilmişdir. Tədqiqatçı Jost Gippertin fikrincə bu hərfin adı əslində (Erat) kimi olmuşdur və erməni müəllif əslində hərfi "Rat" kimi ifadə etmək istəmişdir. Buna səbəb kimi isə proteza prosesi göstərilir.J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, , 2008; 1-ci cild, səh. II-9
Erməni tədqiqatçı Aşot Abramyan bu hərfin ermənicə qarşılığının Ռ (r̄) hərfi olduğunu düşünürdü.Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 33 Georgi Klimov isə bu hərfi daha çox Ր (r) hərfi ilə bənzətmişdir.Klimov G. О составе агванского (кавказско-албанского) алфавита (Ağvan (Qafqaz-Alban) əlifbasının tərkibi haqqında), SSRİ Elmlər Akademiyasının Materialları, ədəbiyyat, dil və incəsənət seriyası, cild 49, sayı 6. Moskva, 1990, səh. 497 Sergey Muravyev isə bu hərfi /q/ və ya /k/ səslərinin dodaqlaşmış versiyası olduğunu deyirdi.Sergey Murayyev — Три этюда о кавказско-албанской письменности (Qafqaz albanlarının hərfləri haqda üç etüd), İber-Qafqaz dilçiliyinin məcmuəsi. cild. 8. Tbilisi: Metsniereba. 1981. səh. 259 Bu hərf Azərbaycan və Udi dillərindəki R hərfinin qarşılığıdır. Nümunələr: Alban yazısıTranskripsiyasıTərcüməsiUdi dilində𐕘𐔰𐕙ġaruşaqğar𐔰𐕔𐕙𐔴𐕢𐔴𐕚𐕒𐕡𐕎afrepesuntərifləməkafurepsun (xeyir-dua)Mobili R. Udı́-Azərbaycanı́n-Urusı́n Əyı́tluğ (Udicə-azərbaycanca-rusca lüğət), , Bakı, 2010, səh. 20𐔳𐕒𐕡𐕙𐕒𐕡𐔳durudşalbandurut'
İstinadlar
Kateqoriya:Alban əlifbası