thumb|"Dairə, üçbucaq və kvadrat". – Yaponiya rəssamı və xəttatı. Onun əsərləri üçün yumor və satira səciyyəvidir.
Həyatı Senqay Qibon 1750-ci ildə Yaponiyanın Mino əyalətində doğulmuşdur. O, 11 yaşında Rinzay sektasının keşişi olmuş və özünə buddist ad olaraq Qibon adını seçmişdir. 50 il keşişlik etdikdən sonra 1811-ci ildə Hakatada yerləşən Şofuku məbədinin 123-cü abbatı vəzifəsini tərk etmişdir.
Senqay həyatının son 26 ilində müəllimlik, rəssamlıq və xəttatlıqla məşğul olmuşdur. Onun mürəkkəblə çəkdiyi işlər ciddi sənət kimi olunmaya bilər. Bir çox şəxs onu ziyarət edərək ondan fırça işi istəyirdilər və Senqay onların xahişini yerinə yetirirdi. Onun əsərləri Daruma və Kannon kimi buddist fiqurlara həsr olunmaqla yanaşı, mənzərə, çiçək, bitki və heyvan kimi mövzuları əhatə etmişdir. Onun əsərlərində söz oyunları və zarafatlar yer alırdı. Ən məşhur əsəri "Dairə, üçbucaq və kvadrat" hesab olunur. Bu əsərdə mürəkkəbin müxtəlif tonlarından istifa etmiş, sürətli və həlledici fırça zərbələrindən yararlanmışdır.
Əsərlərinin böyük hissəsi Tokioda yerləşən İdemitsu İncəsənət Qalereyasında sərgilənir.
Qeydlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya rəssamları Kateqoriya:Zen buddistləri Kateqoriya:Buddist sənətçiləri Kateqoriya:Yaponiya xəttatları Kateqoriya:Rinzay