Həşim Arslanov (; ) — Özbəkistan teatr və kino aktyoru, Özbəkistan Respublikasının Əməkdar artisti.

Həyatı Həşim Arslanov 1 avqust 1956-cı ildə Nəməngan vilayətinin Çust şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Ostrovski adına Daşkənd Dövlət Teatr İnstitutuna daxil olmuş və 1977-ci ildə oranı bitirmişdir. 1977-2017-ci illərdə Özbəkistan Milli Akademik Dram Teatrının aktyoru kimi çalışmışdırHoshim Arslonov Biografiyasi nozim-studio.com. Həşim Arslanov dublyaj sahəsində uzun müddət uğurla fəaliyyət göstərmişdir. Yaradıcılığı boyu 1000-dən artıq film və seriala özünəməxsus səsi ilə özbək dilində həyat verib. Onun səsi "Karib dənizinin quldurları", "Harri Potter", "Üzüklərin hökmdarı" kimi dünyaşöhrətli filmlər üçün məxsusi hesab olunurdu. Həşim Arslanov "İçəridə" serialındakı Cəlal Duman obrazını böyük ustalıqla səsləndirmişdir və onun səsi olmadan bu rolu təsəvvür etmək mümkün deyildi. Həşim Arslanov 29 may 2020-ci ildə Daşkənddə vəfat etmişdirСкончался актер Хашим Арсланов gazeta.uzO‘zbek kino va teatr san’ati og‘ir judolikka uchradi qalampir.uz. Son rolunu "101-ci reys" filmində ifa etmişdir.

Ailəsi

Cəmşid Arslanov — aktyor (13 may 1978-ci il)“Ulardan nafratlanaman”. Hoshim Arslonovning o‘g‘li Jamshid Arslonov dadasiga tuhmat qilganlar haqida gapirdi daryo.uz. Babur Arslanov — aktyor.

Mükafatları

2001 — Özbəkistan Respublikasının Əməkdar artisti.

Filmoqrafiya 1960 — "Oyanış" 1996 — "Margiana" () 1997 — "Dağlarda uzun əks-səda" () — Xəlilov 1997-1998 — "Qəlbin küçələri" 1998 — "Yanğından yanmış tarlalar" 1998 — "Şeytan" () 2000 — "Alpamış" () 2006 — "Molla Nəsrəddin: Oyun başlanır" () 2007 — "Aprel, may" 2007 — "Atlı" () 2008 — "Vəkillər" 2010 — "Sözsüz məhəbbət" 2010 — "Küçənin günəşli tərəfində" 2010 — "Dinozavrın izi" — Husan 2011 — "Mən narahat deyiləm" 2011 — "Kasos" () — polis generalı 2011 — "Qardaşım quldurdur" () — Zümradın atası 2011 — "Fədailər" () — Urazov 2011 — "Sonuncu zəng" — Davronun atası 2011 — "Bacım" 2011 — "Azad qız" — Malikinin atası 2012 — "İndi atam subaydır?" () — Zümradın atası 2013 — "Kirayənişinlər" () 2013 — "Bağlı talelər" () — Bəxtiyar 2014 — "Son nəfəsimə qədər" () 2016 — "Arzular mövsümü" () — Boriboy 2018 — "Mis günəş" — general 2018 — "Qara zərbə" 2022 — "101-ci reys" () — Zərif Səidəzimov

Dublyaj fəaliyyəti

Karib dənizinin quldurları Harri Potter Üzüklərin hökmdarı İçəridə

İstinadlar

Xarici keçidlər

Хашим Арсланов kinopoisk.ru Хашим Арсланов ivi.ru Хашим Арсланов kino-cccp.net

Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Özbəkistan aktyorları Kateqoriya:Özbəkistanın əməkdar artistləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları