– 1920-ci illərin sonunda və 1930-cu illərin əvvəlində nəşr olunmuş Yaponiya proletar ədəbi jurnalı. Aylıq nəşr olunurdu.
Tarixi Jurnal 1928-ci ilin mayından 1931-ci ilin dekabrına qədər nəşr olunmuş və Yaponiyada proletar ədəbiyyatının əsas jurnalına çevrilmişdir. 1930-cu ilin sentyabrına qədər Yaponiya Proletar İncəsənəti Federasiyasının (NAPF) orqanı olmuşdur. "Senki" jurnalının müxalif qarşılığı proletar ədəbi hərəkatının başqa bir fraksiyasının orqanı olan "Bengei Sensen" idi.
Jurnalın idarəçiləri, eləcə də, redaktorları Şiqeci Tsuboy və Seyzaburo Yamada idilər. Korehito Kurahara, Şiqeharu Nakano, Takici Kobayaşi, Sunao Tokunaqa və İneko Sata kimi şəxslər jurnala töhfələrini vermişdirlər. Kobayaşinin "Fabrik gəmisi" və Tokunaqanın "Gün işığı olmayan küçə" əsərləri 1929-cu ildə bu jurnalda nəşr olunmuşdur.
Jurnalın maksimum tirajı 26.000 olmasına baxmayaq, təşkilat jurnalı fabriklərə, fermalara və məktəblərə payladığı üçün geniş oxucu kütləsi toplamışdır. Jurnal populyarlaşdığı üçün Yaponiya Kommunist Partiyasının üzvlərini tərəfindən redaktə olunmağa başlamış və siyasi jurnala çevrilərək ədəbi əhəmiyyətini itirmişdir. Siyasi tona keçməkdə 1930-cu ilin avqustunda Moskvada olmuş Kuraharanın da böyük təsiri olmuşdur.
İrsi Jurnalın yerini doldurmaq üçün "Taishu no tama" və qadın oxucular üçün "Hataraku fujin" kimi jurnallar yaradılmışdır. 1976–1977-ci illərdə "Senki" jurnalının buraxılışları təkrar çap olunmuşdur.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:1928-ci ildə Yaponiyada yarananlar Kateqoriya:Nəşri dayanan Yaponiya jurnalları Kateqoriya:Proletar ədəbiyyatı Kateqoriya:Kommunist jurnalları Kateqoriya:1931-ci ildə ləğv olunanlar Kateqoriya:Yaponiya aylıq jurnalları