Tofiq Yusif Avvad () () — Livan yazıçısı və diplomatı.
Həyatı Tofiq Yusif Avvad 28 noyabr 1911-ci ildə Osmanlı imperiyasında, indiki Livan ərazisində anadan olmuşdur. O, hüquq təhsili almışdır. Onun "Axsaq oğlan" (1936) və "Yunlu gödəkçə" (1937) kolleksiyalarına aid olan hekayələrinin mövzusu adi insanların həyatıdır. Avvad ərəb ədəbiyyatında sosial mövzulara toxunan ilk yazıçılardan biri idi. Bunlara "Yastı çörək" (1938) və "Beyrut dəyirmanları" (1972) romanlarını nümunə göstərmək olar. Avvad 1940–1950-ci illərdə əsasən ədəbiyyatşünas kimi fəaliyyət göstərmişdir. Onun "Turist və tərcüməçi" pyesi (1964) Milli Ədəbiyyat mükafatına layiq görülmüşdür.Энциклопедический словарь. 2009. Аввад Тауфик Юсеф.
İstinadlar
Kateqoriya:Livan yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Ərəb milliyyətçiliyi Kateqoriya:XX əsr Livan diplomatları Kateqoriya:Livanın İrandakı səfirləri