Rusiya İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası () — RSFSR-nin elmi araşdırma institutları birliyi. Assosiasiya 1924-cü ildən 1930-cu ilədək fərqli formda mövcud olmuşdur. 1929–1930-cu illərdə RİEEAİA-nın institutlarının çoxu Kommunist Akademiyanın tərkibinə daxil olmuşlar.

Tarix Xalq Maarif Komissariatı Dövlət Elm Sovetinin 15 may 1924-cü il tarixli qərarıyla Moskva Dövlət Universiteti İctimai Elmlər Fakültəsi nəzdində sosial-iqtisadi profil — iqtisadiyyat, sovet hüquqları, ədəbiyyat tarixi və dilşünaslıq, arxeologiya və incəsənətşünaslıq, fəlsəfə, eksperimental psixologiya, müqayisəli ədəbiyyat tarixi və Şərq-Qərb dilləri üzrə fəaliyyət göstərən 7 ilkin elmi araşdırma institutlarını birləşdirən İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası yaradılıb. Daha sonralar isə assosiasiyanın tərkibinə SSRİ Xalq Yazıları və Dilləri İnstitutu, torpaq inzibatı, köçürmə və kənd təsərrüfatı iqtisadiyyatı institutları daxil edilmişdir.

İstinadlar

Kateqoriya:Elmi institutlar