thumb| Ernest Heminqueyin "Zəng kimin üçün çalır" kitabının 1940-cı il nəşri üçün çəkilmiş şəkli Aysberq nəzəriyyəsi () — Amerika yazıçısı Ernest Heminquey tərəfindən irəli sürülmüş nəzəriyyə. Heminquey gənc bir jurnalist olaraq qəzetlərdəki hesabatlarını çox az kontekst və ya şərh ilə dərhal baş verən hadisələrə yönəltməli idi. O, qısa hekayələr yazmağa başladıqdan sonra da əsas mövzuları açıq şəkildə müzakirə etmədən səth elementlərinə diqqət yetirərək, bu minimalist üslubu saxladı. Heminquey inanırdı ki, hekayənin daha dərin mənası zahirdə aydın görünməməli, üstüörtülü şəkildə parlamalıdır.

Arxa fon Bir çox digər yazıçılar kimi Heminquey də daha əvvəl jurnalist kimi çalışıb. Orta məktəbi bitirdikdən sonra o, The Kansas City Star qəzetində müxbir kimi işə başlamışdır. O öz yazılarında hadisələri arxa planı istisna etməklə təsvir edirdi. Heminquey 1920-ci illərin əvvəllərində Parisdə yaşayarkən “Toronto Star” qəzetinin xarici müxbiri kimi ondan çox məqalədə Türkiyə–Yunanıstan müharibəsini işıqlandırıb. Onun bioqrafiyasını yazmış Ceffri Meyersin izah etdiyi kimi, "o, diqqətin konsentrasiyasına və intensivliyinə nail olmaq üçün yalnız ani hadisələrdən obyektiv şəkildə məlumat verirdi – səhnədən daha çox diqqət mərkəzi". O, Yunan-Türk müharibəsindən daha sonra bədii ədəbiyyata çevirdiyi dəyərli yazı təcrübəsi qazandı. O, bədii ədəbiyyatın reallığa əsaslana biləcəyinə inanırdı. Lakin onun izah etdiyi kimi, əgər bir təcrübə distillə ediləcəksə, "onun uydurduğu şey xatırladığından daha doğrudur".

İzah 1923-cü ildə Heminquey "Mövsümdən kənar" adlı povestini bitirdikdən sonra onun ağlına yeni yazı nəzəriyyəsi ideyası gəldi. Parisdə gənc yazıçı kimi işlədiyi illər haqqında ölümündən sonra nəşr olunmuş xatirələri olan “Həmişə səninlə olan bayram” (1964) əsərində o, bunun belə izah edir: “Mən əsl sonu [“Mövsümdən kənar” əsərinin] buraxdım, o da qocanın özünü asması idi. Mənim yeni nəzəriyyəmə görə siz hər hansı bir şeyi buraxa bilərsiniz...və buraxılmış hissə hekayəni gücləndirəcək.". “Günortadan sonra ölüm” kitabının on altıncı fəslində o, yazı haqqında nəzəriyyəsini aysberqlə müqayisə etmişdir.

Heminqueyin "Hindu düşərgəsində" kimi erkən bədii əsəri onun personaja əhəmiyyət verməyərək ona aid olan xüsusiyyətləti sadəcə ətrafına yerləşdirdiyini göstərir. Bununla belə, "Hindu düşərgəsində" hekayəsində qışqıran qadın, tütün çəkən kişilər və yoluxmuş yara kimi təsviri detalların istifadəsi doğruluq hissi yaradır.

İrsi 1954-cü ilin oktyabrında Heminquey Ədəbiyyat üzrə "Nobel" mükafatı alıb. O, mətbuata zarafatca Karl Sandberq və İsak Dinesenin mükafata ondan daha çox layiq olduğuna inandığını, lakin pul mükafatının xoş qarşılanacağını söyləmişdir. Mükafat Heminqueyə "bu yaxınlarda "Qoca və dəniz" əsərində nümayiş etdirdiyi hekayə sənətindəki ustalığına və müasir üsluba göstərdiyi təsirə görə" verilmişdir. Elandan bir neçə gün sonra Heminquey Kuba sahillərində qayıqda balıq tutarkən Time jurnalının müxbiri ilə danışıb. Əsərlərində, xüsusən də ən son nəşr olunan “Qoca və dəniz” əsərində simvolizmdən istifadə barədə soruşulduqda o, bunu belə izah etmişdir:

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Ədəbiyyat nəzəriyyəsi Kateqoriya:Ernest Heminquey Kateqoriya:ABŞ ədəbiyyatı Kateqoriya:Narratologiya Kateqoriya:Ədəbiyyat terminləri