Liber Sereyni Moskera (; ) — Uruqvay hərbi və ictimai xadimi, general. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" beynəlxalq Lenin mükafatı laureatı (1983). Ölkədə bərqərar olmuş xalqa zidd rejimə etiraz əlaməti olaraq 1969-cu ildə istefa vermişdir. 1971-ci ildən Uruqvay Kommunist Partiyası və ölkənin digər mütərəqqi partiya və təşkilatlarını birləşdirən Geniş Cəbhənin İcraiyyə Komitəsinin sədri olmuşdur. Odur ki, bu təşkilat 1973-cü il mürtəce hərbi çevrilişindən sonra gizli fəaliyyət göstərmişdir. Sülh, demokratiya və Uruqvay xalqının sosial tərəqqisi uğrunda apardığı mubarizə ustundə dəfələrlə təqiblərə məruz qalmış, 1978-ci ildə isə hərbi tribunalın əsassız hökmü ilə 4 il həbs cəzasına məhkum edilmişdir. Ölkənin və dünyanın mütərəqqi qüvvələrinin tələbi ilə 1984-cü ilin martında azad olunmuşdur.
İstinadlar
Xarici keçidlər Frente Amplio: Gral. Líber Seregni Vertiente Artiguista: El legado de Seregni Sitio de la Presidencia de la República con resúmenes de palabras de homenaje al cumplirse un año de su fallecimiento
Kateqoriya:Uruqvay siyasətçiləri Kateqoriya:Uruqvay hərbçiləri Kateqoriya:Hərbi attaşe