David Anaxt və ya Məğlubedilməz David (; ) — erməni neoplatonist filosofu, antik fəlsəfədə İsgəndəriyyə məktəbinin nümayəndəsi.
Həyatı David Anaxt İsgəndəriyyədə və Afinada təhsil almışdır. O, "Fəlsəfənin tərifləri", "Porfirinin "Müqəddimə"sinin təhlili" və başqa əsərlərində platonizmi Aristotel və Pifaqor təliminin ünsürləri ilə əlaqələndirmişdir. David Anaxt skeptisizmə, relyativizmə qarşı çıxmış, fəlsəfi idrakın kəsərliliyi ideyasını müdafiə etmişdir. David Anaxta görə, fəlsəfənin məqsədi şərdən azad olmaq və əxlaqi kamillik yolunu göstərməkdir. Bilik özünəməqsəd olmayıb, insanın əxlaqca yüksəlməsinə xidmət etməlidir. Onun məntiqi mühakimələrində dialektik ideyalar var. David Anaxt orta əsr erməni fəlsəfəsinə rasionalizm prinsipləri gətirmişdir.
İrsi 1980-ci ildə YUNESKO-nun qərarı ilə David Anaxtın 1,500-ci yubileyi qeyd edilmişdir. Elə həmin il SSRİ-də David Anaxta həsr olunmuş poçt markası buraxılmışdır. İrəvan şəhərinin Kanaker-Zeytun inzibati rayonunun əsas küçələrindən biri David Anaxtın şərəfinə adlandırılmışdır.
İstinadlar
Əlavə ədəbiyyat Философия Давида Непобедимого М., 1984.- 272 с. Чалоян В. К., Философия Давида Непобедимого. Ереван, 1946. Аревшатян С. С. Давид Анахт и его роль в развитии древнеармянской философии. В кн.: Давид Анахт. Соч. М., 1980. С.5-28. История философии в СССР, т. 1. М., 1968. Лосев А. Ф., Философско-исторический подвиг Давида Непобедимого. Ереван, 1980. Лосев А. Ф., История античной эстетики, том VIII. М.: Искусство, 1988.
Xarici keçidlər
Лосев А. Ф. Давид Непобедимый и конец александрийского неоплатонизма.
Kateqoriya:Neoplatonistlər Kateqoriya:Orta əsr alimləri Kateqoriya:Ermənistan alimləri Kateqoriya:Bizans alimləri Kateqoriya:Ermənistan filosofları Kateqoriya:Ermənistan yazıçıları Kateqoriya:Məntiqçilər