– Yaponiya şairi və buddist keşişi. Zen buddizminin Rinzay sektasına mənsub olmuşdur. Kokan Şiren ilə birlikdə erkən Qozan ədəbiyyatının iki önəmli şəxsiyyətindən biridir.

Həyatı Sesson Yubay 1290-cı ildə Yaponiyanın Eçiqo əyalətində doğulmuşdur. Gənc oğlan olduğu dövrdə İssan İçineyin şagirdi olmuşdur. 1307-ci ildə İssanın tövsiyəsi ilə Çinə getmişdir. Yaponiyanı işğal etmək cəhdi uğursuzluqla nəticələnən Xubilay xanın qisasını almaq istəyən Çin imperatoru Kaysan Külük xan 1310-cu ildə onu həbs etmişdir. Üç il sonra azadlığa çıxan Sesson növbəti 13 ilində Çinin ucqar bölgələrində sürgün həyatı yaşamışdır. Sonda Yuan sarayının rəğbətini qazansa da, 1329-cu ilə qədər Yaponiyaya qayıtmaq icazəsi ala bilməmişdir. 1330-cu ildə Şinano əyalətində yerləşən Ciun məbədinin qurucusu olmuşdur. Bir neçə məbəddə işlədikdən sonra 1341-ci ildə Kiotoda yerləşən Mancu məbədinin, 1345-ci ildə isə Kennin məbədinin abbatı olmuşdur. Akamatsu Norimura və oğlu Norisuke ondan Zen təlimi almışdırlar.

Yaradıcılığı Sesson tənhalığa üstünlük vermişdir. Poeziyada da öz yolunu izləmiş, daha azad quşih formasını daha populyar luşi formasından üstün tutmuşdur. Çində yaşayarkən yazdığı əsərlər "Minqaşu" adlı antologiyada toplanmışdır. Bu kolleksiyaya 242 şeir daxildir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya şairləri Kateqoriya:Zen buddistləri Kateqoriya:Rinzay Kateqoriya:Yaponiya buddistləri Kateqoriya:XIV əsr din xadimləri