Elias Con Uoilkinson Gibb — şotland şәrqşünası.
Qlazqo Universitetində təhsil almış, әrәb, fars, türk dillərini öyrənmişdir. 1878-ci ildən Londonda yaşamışdır. Xoca Sadəddin Əfəndinin "Tacüt-təvarix" əsərini mənbə olaraq götürərək, 1879-cu ildə "İstanbulun fəthi" () adlı əsərini nəşr etdirmişdir. Kritli Əziz Əli Əfəndinin "Müxəyyəlat"ından "Cavadın hekayəsi"ni (), "Qırx vəzir hekayəsi"ni () tərcümə və nəşr etdirmişdir. Divan ədəbiyyatı haqqında yazdığı "Osmanlı şeiri tarixi" () ən məşhur əsərində divan şeirinin inkişafını tədqiq etmiş, şeirləri vəznli və qafiyəli şəkildə ingilis dilinə çevirmişdir. Burada ayrıca olaraq Azərbaycan ədəbiyyatından da bəhs etmiş, Xətai, Məsihi və Qövsinin adını çəkmişdir. Yalnız birinci cildini nəşr etdirə bildiyi əsərin digər cildlərini ölümündən sonra dostu, şərqşünas alim Eduard Qranvil Braun nəşrə hazırlamışdır. Xalidə Ədib Adıvar və tələbələri bu əsərin birinci cildinin bir hissəsini türk dilinə tərcümə etmişlər (1943). Avropada Məhəmməd Füzuli haqqında Azərbaycan şairi kimi ilk dəfə nisbətən doğru və dolğun məlumat vermiş, yaradıcılığını yüksək qiymətləndirmiş, onu "qəlb şairi" adlandırmışdır.
İstinadlar