Sutorina (, ) — Monteneqroda kənd. Herseq-Novi icmasının tərkibində eyniadlı bələdiyyəni təşkil edir.

XIV əsrdən bəri davamlı olaraq Bosniya və Herseqovinanın bir hissəsi olmuşdur. 1936–1947-ci illərdə Yuqoslaviya əraziyə nəzarəti Monteneqroya təhvil vermişdir.

26 avqust 2015-ci ildə Vyanada Monteneqro ilə Bosniya və Herseqovina arasında sərhədlər haqqında saziş imzalanmışdır. Sazişə əsasən, Sutorina ərazisi Monteneqroda qalır. Sənədi Monteneqronun daxili işlər naziri Raşko Konyeviç ilə Bosniya və Herseqovina Xarici İşlər Nazirliyinin rəhbəri İqor Çrnadak imzalamışdılar. Mərasimdə Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Draqan Çoviç və Avstriya Prezidenti Haynz Fişer iştirak edirdilər.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:Monteneqronun yaşayış məntəqələri Kateqoriya:Bosniya və Herseqovina tarixi Kateqoriya:Kotor körfəzi Kateqoriya:XXI əsrdəki münaqişələr