Əli Əbdülrəhman (; ) — kürd əsilli SSRİ yazıçısı.

Həyatı Əli Əbdülrəhman 1920-ci ildə Türkiyənin Van ilində anadan olmuşdur. Dövrün Türkiyə hökumətinin təzyiqi ilə ailəsi ilə birlikdə Qafqaza köçmək məcburiyyətində qalmışdır. O, 1933-cü ildə Ermənistana köçmüş və Üçkilsə rayonunun Həsənli kəndində məskunlaşmışdır. Əbdülrəhman Kürd Dili Müəllimləri İnstitutuna daxil olmuş, 1937-ci ildə oranı bitirmişdir. O, İrəvan Universitetində təhsil almışdır. Əbdülrəhman Bakı Pedoqoji İnstitutunda müəllim kimi çalımışdır. O, 1941-ci ildə Böyük Vətən müharibəsinin başlaması ilə cəbhəyə getmişdir. Əbdülrəhman Rumıniya, Polşa, Çexoslovakiya, Ukrayna və Belarus ərazisində nasistlərə qarşı döyüşmüşdür. O, müharibə başa çatdıqdan sonra 1945-ci ilin mayında Ermənistana qayıtmış, ədəbi əsərlər buraxmağa başlamışdır. Əbdülrəhman 1955-ci ildə "Riya Təzə" qəzetində işləməyə başlamışdır. O, kürdlər haqqında ədəbi məqalələrlə yanaşı, ictimai mövzularda da məqalələr yazmışdır. Əbdülrəhmanın ilk kitabı 1959-cu ildə nəşr olunmuşdur. O, 1994-cü ildə vəfat etmişdir.

Təltif və mükafatlar

"Vətən müharibəsi partizanına" medalı (birinci dərəcəli) "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Moskvanın müdafiəsinə görə" medalı Qafqaz Müdafiə medalı

Seçilmiş əsərləri

Morof Gundê mêrxasan Şer çiya da Dê Hesreta min Gulistan (çeviri) Xatê Xanim

İstinadlar

Kateqoriya:Kürd yazıçılar Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Kürd dilində yazan yazıçılar Kateqoriya:Ermənistan kürdləri