Məhəmmədəmin Şeyxülislami Mükri (, ), həmçinin təxəllüsü ilə Həmin Mükriyani (, ; ) — kürd əsilli İran şairi, jurnalisti, tərcüməçisi və ədəbi tənqidçisi

Həyatı Həmin Mükriyani 1921-ci ildə İranın Məhabad şəhəri yaxınlığındakı Laçın kəndində anadan olmuşdur. O, Məhabadda Səadət ibtidai məktəbində, ardınca Şərəfkənd kəndindəki Şeyx Bürxan xanəgahında dini təhsil almışdır. Hemin daha sonra Kürdüstan Dirçəliş Cəmiyyətinə qoşulmuşdur. İkinci Dünya müharibəsi zamanı Qızıl Ordu İranın bəzi hissələrini, o cümlədən Azərbaycanın əksər hissəsini və Kürdüstanın bir hissəsini işğal edərək Azərbaycan böhranına səbəb olmuşdur. Bu dövrdə Kürdüstan Dirçəliş Cəmiyyəti adını Kürdüstan Demokrat Partiyası olaraq dəyişmiş və Məhabad Cümhuriyyətini elan etmişdir. Həmin Mükriyani dostu Əbdülrəhman Şərəfkəndi ilə birlikdə Məhabad Cümhuriyyətinin xalq şairi seçilmiş, cümhuriyyətin baş naziri və dövlət başçısı Hacı Baba Şeyxin katibi olmuşdular. 1946-cı ilin dekabrında cümhuriyyətin süqutundan sonra baş verən repressiyadan qaçaraq İraq Kürdüstanına, Süleymaniyyəyə sığınmışdır. O, burada həbs edilmişdir. 11 mart 1970-ci il müqavilələrindən sonra Həmin Bağdada köçmüş və Kürd Elmlər Akademiyasının fəal üzvü olmuşdur.

Əsərləri

Tarîk û Rûn, 1974. Naley Judaî, 1979. Paşerokî Mamosta Hêmin, 1983.

İstinadlar

Kateqoriya:Kürd şairlər Kateqoriya:Kürd dilində yazan şairlər Kateqoriya:İran şairləri Kateqoriya:İraq şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:Kürd jurnalistlər Kateqoriya:İran jurnalistləri Kateqoriya:İraq jurnalistləri Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:İran tərcüməçiləri Kateqoriya:İraq tərcüməçiləri Kateqoriya:XX əsr tərcüməçiləri