Tacikistan Xalq Cəbhəsi (; ) —Tacikistanda vətəndaş müharibəsi zamanı hökumət tərəfində vuruşan könüllülərdən ibarət siyasiləşdirilmiş və hərbiləşdirilmiş hərəkat. Cəbhənin tərkibində 8,000-ə qədər döyüşçü xidmət edirdi.
Tarixi 1992-ci ilin iyununda meydana çıxmış və bu müddət ərzində Birləşmiş Tacikistan Müxalifətinə qarşı döyüşməyə başlamışdır. Hərəkatın təsisçiləri Sanqak Səfərov və Səfərəli Kencayevdir. Tezliklə Tacikistan hakimiyyəti daxilində populyarlıq qazanmış, 1992-ci ilin payızına qədər Sovet Ordusu və DTK veteranları, yerli milislər, habelə hüquq-mühafizə orqanlarının əməkdaşları Xalq Cəbhəsinə qoşulmuşdular. Cəbhənin rəhbərliyi sonralar keçmiş DTK işçilərinin çoxluğuna görə Yuri Andropovun adını daşıyan "Yurçiki" kimi tanınmağa başlamışdır. Sonradan, 1992-ci ilin sonunda keçmiş prezident Rəhman Nəbiyevin tərəfdarlarının əksəriyyəti Xalq Cəbhəsinə qoşulmuşdur. 1992-ci ilin dekabrında Emoməli Rəhmonun (Tacikistan Ali Şurasının sədri) başçılığı ilə yeni hökumət Xalq Cəbhəsi və konstitusional hökuməti dəstəkləyən qüvvələr əsasında "Tacikistan Respublikası Silahlı Qüvvələrinin yaradılması haqqında" qərar imzalamışdır.
Əməliyyatlar Rusiyanın 201-ci motoatıcı diviziyası və Özbəkistan ordusunun köməyi ilə Leninabadi-Kulobi Xalq Cəbhəsi qüvvələri 1992-ci ilin əvvəlində və sonunda müxalifət qüvvələrini darmadağın etmişdir. Kulobda müxalifətə ən böyük təzyiqi Səfərovun bölmələri göstərmişdir. Oktyabrın əvvəlində kommunist şüarları altında fəaliyyət göstərən Xalq Cəbhəsi qüvvələri o zaman islamçı qüvvələrin nəzarətində olan paytaxtı ələ keçirməyə cəhd etmişdir.
İstinadlar
Kateqoriya:Tacikistan tarixi Kateqoriya:1992-ci ildə yarananlar Kateqoriya:1992-ci ildə yaranan siyasi partiyalar Kateqoriya:1997-ci ildə ləğv olunan siyasi partiyalar