Dorin Reçan (; ) — Moldova akademiki və siyasətçi. O, 2012-ci ilin iyulundan 2015-ci ilin fevralına qədər Moldovanın daxili işlər naziri vəzifəsində çalışmışdır. Reçan 2023-cü ilin fevralında Moldovanın Baş naziri vəzifəsinə təyin edilmişdir.
Erkən illəri Dorin Reçan 17 mart 1974-cü ildə Dondüşan şəhərində anadan olmuşdur. 1996-cı ildə Moldova İqtisadi Araşdırmalar Akademiyasını beynəlxalq biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. Daha sonra 2000-ci ildə Nyuport Beynəlxalq Universitetinin Belçika filialında biznesin idarə edilməsi üzrə magistr dərəcəsi almışdır. Reçan Moldovanın Aİ-yə üzvlüyünü və Qərblə daha sıx əlaqələri dəstəkləyir.
Şəxsi həyatı Dorin Reçan evlidir və iki övladı var.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Moldova siyasətçiləri Kateqoriya:XXI əsr siyasətçiləri