Yakup Taş () – Türkiyə siyasətçisi və iş adamı. 2018-ci ildə Ədalət və İnkişaf Partiyasının üzvü kimi Adıyamandan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. Təsərrüfat, Meşə və Kənd İşləri Komissiyasının üzvü idi.
Həyatı və karyerası 1959-cu ildə Adıyamanda doğulmuşdur. Adıyamanda kənd təsərrüfatı və ticarət sahələrində fəaliyyət göstərmişdir. Adıyaman İdman Klubunun prezidenti və Adıyaman Kənd Təsərrüfatı Otağının sədri olmuşdur. 2018-ci ildə baş tutmuş seçkilərdən sonra Ədalət və İnkişaf Partiyasının Adıyaman təmsilçisi kimi Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi.
Ölümü 2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsində bina dağıntılarının altında qalaraq ölmüşdür. Adıyamanda dəfn olunmuşdur.
Şəxsi həyatı Evli və altı uşaq atası idi.
İstinadlar
Kateqoriya:Türkiyə–Suriya zəlzələsində (2023) ölənlər Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Ədalət və İnkişaf Partiyasının üzvləri Kateqoriya:TBMM XXVII çağırış deputatları