İqnasio Qreqorio Komonfort de los Rios (; ) — Meksika dövlət xadimi, hərbi və siyasi lider, general. 1855-ci ildən 1857-ci ilə qədər Meksika Prezidenti olmuşdur.

Həyatı İqnasio Qreqorio Komonfort de los Rios 12 mart 1812-ci ildə anadan olmuşdur. O, Xuan Alvarezlə birlikdə general Lopes de Santa-Annanın diktaturasına qarşı çıxmışdır. İqnasio Komonfort 1855-ci ildə Meksika Prezidenti seçilmişdir. Əsasən kilsəyə və hərbi imtiyazlara təsir edən islahat qanunlarının elan edilməsi səbəbilə katolikləri, mühafizəkarlar və ordu ona müxalif olmuşdur. Komonfort prezidentliyi dövründə bir neçə üsyanı yatırmalı olmuşdur. Konstitusiyaya dəyişiklik etmək cəhdi göstərmiş, lakin bu, uğursuz olmuşdur. Liberallar 1858-ci ildə onu istefa verməyə məcbur etmiş və Komonfort ABŞ-yə sürgünə getməyə məcbur qalmışdır. O, daha sonra Meksikaya qayıtdı. Komonfort Fransanın Meksikaya müdaxiləsinə qarşı müharibə zamanı döyüşdə həlak olmuşdur.

İstinadlar

Kateqoriya:Meksika prezidentləri Kateqoriya:Meksika generalları