Manuel Robles Pesuela (; ) — Meksika siyasətçisi və hərbi xadimi . O, 24 dekabr 1858-ci ildən 21 yanvar 1859-cu ilə qədər Meksikanın prezidenti olmuşdur.
Həyatı Amerika–Meksika müharibəsində iştirak etmiş, İslahat müharibəsində Mühafizəkarlar tərəfində vuruşmuşdur. O, sələfi Feliks Mariya Suloaqanın hökumətini devirdikdən sonra hakimiyyətə gəlmişdir. Buna baxmayaraq, onun hökuməti kifayət qədər dəstək almamışdır. Onu tezliklə Migel Miramon əvəz etmişdir.
Fransa işğalından sonra işğalçılarla əməkdaşlıqda şübhəli bilindiyi üçün həbs olunmuşdur. O, qaçmağı bacarmış və Fransa ordusuna qoşulmağa cəhd etmişdir, lakin öldürülmüşdür.
İstinadlar
Kateqoriya:Meksika prezidentləri Kateqoriya:Meksika hərbçiləri