Qustavo Dias Ordas Bolanyos (; ) — Meksika siyasətçisi, 1964–1970- ci illərdə Meksika Prezidenti.

Həyatı Qustavo Dias Ordas Bolanyos 12 mart 1911-ci ildə Meksikanın Puebla ştatında anadan olmuşdur. O, 1937-ci ildə Puebla Universitetindən məzun olmuşdur. Qustavo Dias Ordas 1943–1946-cı illərdə Milli Konqresin deputatı, 1946–1952-ci illərdə senator olmuşdur. O, 1958–1963-cü illərdə Daxili İşlər naziri vəzifəsində çalışmışdır. Qustavo Dias Ordas 1964–1970-ci illərdə Meksika Prezidenti kimi xidmət etmişdir. O, prezidentliyi dövrdə dövlət iqtisadiyyatı sektorunu gücləndirmişdir. Bundan başqa, 1968-ci ildə tələbə iğtişaşları vəhşicəsinə yatırılmışdır. O, 1977-ci ildə Meksikanın İspaniyadakı səfiri vəzifəsində çalışmışdır. O, Qustavo Dias Ordas Bolanyos 15 iyul 1979-cu ildə, 68 yaşında Mexiko şəhərində kolorektal xərçəngdən vəfat etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Aguilar Camín, Héctor. "Nociones presidenciales de cultura nacional. De Álvaro Obregón a Gustavo Díaz Ordaz." En torno a la cultura nacional (1976). Camp, Roderic A. Mexican Political Biographies. Tucson, Arizona: University of Arizona, 1982. Castañeda, Jorge G. Perpetuating Power: How Mexican Presidents Were Chosen. New York: The New Press 2000. Krauze, Enrique. Mexico: Biography of Power, especially chapter 21, "Gustavo Díaz Ordaz: The Advocate of Order". New York: HarperCollins 1997. Loaeza, Soledad. "Gustavo Díaz Ordaz: el colapso del milagro mexicano." Lorenzo Meyer and Ilán Bizberg (coords.), Una Historia Contemporánea de México 2 (2005): 287–336. Smith, Peter H. "Mexico Since 1946: Dynamics of an Authoritarian Regime", in Bethell, Leslie, ed., Mexico Since Independence. Cambridge, UK. Cambridge University Press. 1991.

Xarici keçidlər

Kateqoriya:Kolorektal xərçəngdən ölənlər Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Meksika prezidentliyinə namizədlər