Adolfo Tomas Ruis Kortines (, ; ) — Meksika dövlət xadimi, 1952–1958-ci illərdə Meksika Prezidenti.

Həyatı Adolfo Tomas Ruis Kortines 30 dekabr 1890-cı ildə Verakruzda anadan olmuşdur. O, 1912-ci ildə Meksika inqilabına qoşulmuşdur. Kortines 1914-cü ildən həqiqi hərbi xidmətdə olmuşdur. O, daha sonra 1921–1935-ci illərdə Statistika İdarəsinin əməkdaşı və direktoru kimi çalışmışdır. Kortines İnstitusional İnqilab Partiyasının (PRI) üzvü olmuşdur. O, 1937–1940-cı illərdə senator vəzifəsini icra etdikdən sonra, 1944–1947-ci illərdə Verakruz qubernatoru kimi xidmət etmiş və fəaliyyətini 1948–1951-ci illərdə Daxili İşlər naziri kimi davam etdirmişdir. Kortines 1952–1958-ci illərdə Meksika Prezidenti olmuşdur. O, 1967-ci ilə qədər Meksika hökumətinin iqtisadi müşaviri kimi xidmət etmişdir. Adolfo Tomas Ruis Kortines 3 dekabr 1973-cü ildə Mexiko şəhərində vəfat etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Camp, Roderic A. Mexican Political Biographies. Tucson, Arizona: University of Arizona, 1982. Luna Elizarrarás, Sara Minerva. "Enriquecimiento Y Legitimidad Presidencial: Discusión Sobre Identidades Masculinas Durante La Campaña Moralizadora De Adolfo Ruiz Cortines." Historia Mexicana, vol. 63, no. 3 (251), 2014, pp. 1377–1420. JSTOR, www.jstor.org/stable/24369004. Pellicer De Brody, Olga Pellicer and José Luis Reyna. "Las Modalidades Ruizcortinistas Para Mantener La Estabilidad Politica." Historia De La Revolución Mexicana, Período 1952–1960: El Afianzamiento De La Estabilidad Política, and Jose Luis Reyna, 1st ed., vol. 22, Colegio De Mexico, México, D. F., 1978, pp. 13–72. JSTOR, www.jstor.org/stable/j.ctv233pb3.5.

Xarici keçidlər

Mexican government biography

Kateqoriya:Meksika prezidentləri