Vifiniyalı Avksenti (; ) — erkən xristian müqəddəsi, zahidi və himnoqrafı. Anım günü 27 fevraldır.
Həyatı Avksenti Suriyada anadan olmuşdur və fars əsillidir. O, Bizans imperatoru II Feodosinin süvari qvardiyasında xidmət etmiş, lakin oradan ayrılmış və Konstantinopol yaxınlığındakı Oksiya dağında zahidlik həyatına başlamışdır. Onun təcrid olunmuş məkanı qoyunlarını axtaran çobanlar tərəfindən kəşf edilmişdir və çox keçməmiş, yeri barədə məlumat yayıldıqca xəstə insanlar sağalmaq üçün Avksentinin yanına gəlməyə başlamışdılar. O, həmçinin IV Ekumenik Kilsə Məclisinə çağırılmış və orada nestorian inancları rədd etmişdir. Sonralar isə ardıcıllarını yetişdirməyə çalışmışdır.
İstinadlar
Xarici keçidlər Patron Saints Index at Catholic Forum
Kateqoriya:V əsr xristian müqəddəsləri Kateqoriya:Pravoslav müqəddəsləri Kateqoriya:Katolik müqəddəsləri